Saçı uzada bilmənin xüsusi yolları

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 7 571
Səs ver:
(səs: 3)
Saçınıza dərinizə baxdığınız kimi baxın

İnsanların dərilərinə necə çox diqqət göstərdiklərini fərq etdinizmi?Saçlarına da eynisini etməlilər. Ona layiq olduğu rəftarı edin. Hər şampundan sonra onu kondisyonlamalı və duş qəbul edərkən baş dərinizə masaj etməlisiniz. Saçınızı günəşin zərərli şüalarından qorumaq da saçınızı necə daha sürətli uzadacağınıza dair praktik bir texnikadır.

Ona ehtiyacı olduğu qidalandırıcı maddələrlə təmin edin

Zülal və E vitamini, meyvə, tərəvəz və ət yemək saçınızı sürətli uzatmanın təsirli yollarından biridir. Meyvə, tərəvəz və balıqda olan qidalandırıcı maddələr saçınızın daha sürətli uzanmaq üçün ehtiyac duyduğu şeylərdir.

Suya yüklənin

Gündə ən az 10 stəkan su içmək saçınızın susuz qalmamasına kömək edə bilər. Bu, saçınızın təbii nəmini və parlaqlığını qorumanın qətiliklə yaxşı bir yoludur. Digər tərəfdən saçınızı və baş dərinizi qurudan kafesinli və spirtli içkilərdən çəkinin.

Saçınızı uclarından kəsdirin

Çaşdınızmı? Başqalarının inandığının tərsinə saçınızı ən az altı həftədə bir uclarından aldırmaq onu qısaltmayacaq. Saçınızı daha sürətli uzatmanın bu xüsusi yolu tez-tez insanların ağılında şübhə oyandırar amma həqiqətən saçınız üçün ən yaxşısıdır. Bərbərinizdən qırıq və kövrək ucları maneə törətmək və ya bunlardan xilas olmaq üçün uclarından bir az kəsməsini istəyin.

Doğru saç məhsulları istifadə edin

Saçınızın daha sürətli uzanmasını istəyirsinizsə, ağılınızda tutmanız lazım olan digər bir şey də saçlarınız üçün doğru məhsulları istifadə etməkdir. Şampununuzun,  çox istifadə etdiyiniz digər saç məhsullarının tərkibinə baxın. Saçınız və baş dərinik üçün çox zərərli kimyəvilər ehtiva etmədiklərindən əmin olun.

/Mənbə: Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 7 571
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri