Saçların tez uzanması üçün 7 məsləhət

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 21 260
Səs ver:
(səs: 7)
Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. 
Mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz. 

1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır.

2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərini hərəkətə gətirməz. Bu səbəbdən də saçlarınızı ilıq su ilə yumağa çalışın. Çünki ilıq su saç dərinizdəki hüceyrələrin hərəkətə keçməsini təmin edir.

3. Bəzi insanlar saçlarının uzanması üçün hər üsula əl atsalar da, amma unudurlar ki, düzgün və nizamlı qidalanma saçların uzanmasında böyük rol oynayır.  Bunun üçün tərkibində zülal olan qidalar seçməlisiniz. Ət, süd, yumurta kimi qidalar saçların uzanmasını asanlaşdırdığı kimi eyni zamanda, qidalanmasına da köməkçi olacaq. Bundan əlavə kofeinli və spirtli içkilərdən istifadə etsəniz, saçlarınız korlanmasına şərait yaratmış olacaqsınız. 

4. Saç diblərinə tətbiq edilən masaj da onların uzanmasında böyük əhəmiyyət kəsb edir. 

5. Bol miqdarda su içmək də saçların uzanmasına kömək edir və onu qidalandırır. 

6. Unudulması lazım olmayan şərtlərdən biri də şampunu saçların diblərinə, saç kremini isə yalnız uclarına tətbiq etməyinizdir. 

7. Bundan əlavə əgər saçlarınızın tez uzanmasını istəyirsinizsə, bu zaman sprey və jele kimi məhsullardan bir müddət uzaq durmalısınız. Çünki bu maddələr saç dibinə çatdığı zaman köklərinin tıxanmasına səbəb olur və uzanmanın qarşısını alır.
(səs: 7)
Şərhlər: 2
Baxılıb: 21 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri