Hamiləlik-hər bir qadının həyatında ən gzöəl dönəmdir. Lakin hamiləlik qadın orqanizması üçün ağır yük olduğu üçün bu dönəmdə qadının xarici görünüşündə və daxilində bir çox dəyişikliklər baş verir. Hamiləlik zamanı qadın çəki yığır, döşlərinə süd gəlir, doğuşdan sonra isə süd vəzləri böyüyür və döşlər daha da ağırlaşmağa başlayır. Bu zaman təbii ki əsas yük döş nahiyyəsində olan dəriyə düşür. Dəri dartılır və çatlar əmələ gəlməyə başlayır. Dəridə yaranan striyalar ağ, qırmızı, bənövşəyi rəngdə olur.
Dəridə çatların əmələ gəlməsinə digər səbəb çəkinin artıb azalmasıdır. Bu halların qarşısını almaq üçün bir neçə üsuldan istifadə edə bilərsiniz.
İlk növbədə zeytun yağını çatların əmələ gələ biləcəyi hissələrə yeritməkdir. Bundan əlavə hamiləlik zamanı üzgüçülüyə və ya idman salonuna getməyiniz çatların qarşısını almaqda kömək edə bilər. Kontrast duş qəbul etmək həmçinin dəri üçün faydalıdır. Digər faydalı üsullara kəsmik maskası, döşün çobanyastığı dəmləməsi ilə yuyulması və masaj aiddir.
Doğuşsonrası çatlarla mübarizə daha çətindir. Çatlar sonradan yox olmur, sadəcə rəngi açılır və siz qaralanda onlar daha da çox nəzərə çarpır. Onları aradan qaldırmaq üçün xüsusi inyeksiyalardan, müalicəvi maskalardan, kapsula, pəhriz və dərinin elastikliyini artıran kremlərdən, əməliyyatlardan istifadə edirlər.
Müasir tibb çatlar olan dərini kəsib aradan götürür. Bu problemi həll etmək üçün istifadə edəcəyiniz dərman preparatlarını mütləq həkiminizlə məsləhət edin.