Dəriyə qulluq üçün tövsiyyələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 420
Səs ver:
(səs: 2)

Buz "Zamanı dondurun"

Buz- ilkin qırışlarla mübarizə aparmağın ən effektiv yollarından biridir. Soyuq qan dövranını aktivləşdirir və yeni hüceyrələrin meydana gəlməsini stimullaşdırır. Bu maskanı daha çox yayda və ya yorucu işlərdən sonra etmək məsləhətlidir. Resept: Soyuducuda buz qabında suyu buzlaşdırıb, göz ətrafı nahiyələri hər səhər onunla sürtürük. Yalnızca suyu deyil, eyni zamanda yaşıl çay, çobanyastığı kimi dəmləmələri də buzlaşdırıb sürmək məsləhətlidir.

 

Sakitləşdirici kartof-smetanlı maska

 

1 kartofu qaynadıb çəngəl ilə əzirik, 1 xörək qaşığı smetan əlavə edib qarışdırırıq. Qarışığı tənzifə bürüyüb dərinizin problemli hissəinə sürün.

Dəridəki qara nöqtələrdən azad olmaq üçün limonlu maska.

Yeni sıxılmış limonun şirəsi və qliserini eyni miqdarda götürüb ( məsələn, hər birindən 1 xörək qaşığı ) qarışdırırıq. Pambıq diskini aldığımız məhlula batırıb, qara nöqtələrin olduğu nahiyələrə sürürük. Bu maskanı həftədə 2 dəfədən artıq tətbiq etmək olmaz.

 

Kofe ilə dəriyə qulluq.

 

Kofe qarışığının dəriyə çox böyük xeyri vardır, bunun üçün kofe dəmləməsini buzlaşdırıb dərinizə sürə bilərsiniz. Bu maska dərinin tonusunu yüksəldir və dəriyə gumrahlıq bəxş edir.


/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri