Dəriniz qışa hazırdırmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 293
Səs ver:
(səs: 2)
Soyuq, külək və aşağı nəm nisbəti kimi faktorlar dərimizin normalın üzərində sürətlə gərilib, çatlamasına səbəb olur. Bu səbəblə dərimiz, digər mövsümlərə görə daha xüsusi baxımlara ehtiyac duyur.
Bir tərəfdən soyuq və quru hava, digər tərəfdən yağan qar və buzlardan əks olunan bol işıq dərimizi risk altına alır. Quru və soyuq havadan ilk təsirlənən dəri qisimi, dodaqlarımız olur. Quruma ilə ortaya çıxan çatlaq dodaqlar və nahamar əllər qış aylarında dəri baxımının əhəmiyyətini daha da diqqətə çarpan hala gətirir.
Xüsusilə A, C, E və F vitaminləri baxımından əskik bəslənmə, dərinin yenilənmə sürətini yavaşladır. Bu vəziyyətdə dəri içərisində nəmi bol gənc hüceyrələr yerinə nəmi az yaşlı hüceyrələr meydana çıxır. Dərinin ehtiyacı olan vitaminləri qarşılaya bilmək üçün vitamin nisbəti yüksək meyvə və tərəvəzlər istehlak etməyə çalışın.
Xüsusilə soyuq havalarda görülən və dərinin tökülməsinə səbəb olan dəri quruluğundan xilas olmaq üçün təklifimiz, həddindən artıq isti su ilə yuyunmaq yerinə ilıq suyu seçin. 15 dəqiqədən çox duş almayın. Duşdan sonra dərinizə nəmləndirici sürün.
Bitki mənşəli köklü nəmləndiriciləri seçin. Spirtli kosmetik məhsullarını seçməyin. Lazımlı vəziyyətlərdə gündə dərinizə iki dəfə nəmləndirici sürün.

/Mənbə.Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri