Sağlam saçlar üçün təkliflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 913
Səs ver:
(səs: 2)
Sağlam saçlara sahib olmaq üçün yalnız duşda əməliyyat etmək kafi deyil. Saçlarınızın sağlam və parlaq görünməsi üçün almanız lazım olan bir çox tədbir var. Evdə öz özünüzə edəcəyiniz bir neçə əməliyyat ilə daha sağlam saçlara sahib ola bilərsiniz.Burada saçınızın təbii quruluşunu pozmanızı maneə törədəcək tədbirlər.
Şampununuza su qarışdırın
Saç yuyarkən çox şampun istifadə etmək saçınızı qurudar və ağırlaşmasına səbəb olar. Şampununuzu kiçik bir qabın içərisində bir az ilıq su qarışdıraraq nazildə bilərsiniz. Saç yuyarkən çox az miqdarda şampun saçınızın təmizlənməsinə yetər. Saçınızı şampunlaydıqdan sonra soyuq su ilə durulanın.
Saçlarınızı dəsmal ilə qurulamayın
Yaş saç, quru saça görə daha həssas olar. Dəsmal ilə düzənliklənən yaş saç çox tez qırılar. Saçlarınız yaş ikən dəsmala sarın və nəmli hala gələnə qədər gözlədin.
İsti fen tutmayın
Saçlarınızı fenle qurudacağınız zaman feni saçınızdan ən az 15 sm.  uzaqda tutun. Beləcə saçlarınız həddindən artıq dərəcədə istilənməz. Əgər təcili bir vəziyyətdə dərhal qurudub çıxmanız lazımdırsa saçlarınıza qoruyucu baxım kremi istifadə etmənizi təklif edərik.
Saç diblərinizə masaj edin
Başınızı önə əyin və iki dəqiqə qədər saç diblərinizə masaj edin. Saçlarınızı geriyə atınca sprey sıxaraq dolğun görünməsini təmin etmiş olarsınız.
Nizamlı olaraq saçlarınızı kəsdirin
Çoxu qadın uzun saç sevər və saçlarını uzatmaq üçün uzun məşğul ollar verər.Əgər saçlarınızın nizamlı və sağlam uzanmasını istəyirsinizsə mütləq periodik olaraq qırıqlarından aldırın.
Mineral su istifadə edin
Saçlarını şampun və krem ilə yuduqdan sonra mineral su ilə durulanın.Beləcə saçlarınız həm yumşalar həm də parlaq dayanar.
Bəslənmənizə diqqət yetirin
Saç hüceyrələrinizin canlanması üçün A, C, E vitaminləri qəbul edin.Həm dəriniz həm də saçlarınız üçün sağlam bəslənmək son dərəcə əhəmiyyətlidir.
Baxım məhsullarına çox çox yüklənməyin
Saçlarınızı canlandırmaq üçün çox çox baxım kremi, maska və ya şampunlar istifadə etməyin. Bu məhsulların çoxu saçlarınızı ağırlaşdıracaq.
Bal müalicəsi edin
1,5 stəkan ilıq suya bir şorba qaşığı sirkə ilə bir şirin qaşığı bal əlavə edin və bu qarışığı duşdan sonra yaş saçlarınıza və saç diblərinizə masajla tətbiq edin və durulamayın. Saçlarınız quruyduqdan sonra daha asan şəklə girəcək və verəcəyiniz modeli daha uzun müddət qoruyacaq.
Uyğun darağı seçin
Hər saç tipi fərqli daraqlarla daranmalıdır.Məsələn buruq və qalın telli saçlar qalın dişli daraqlarla daranarkən, düz və incə telli saçlara sıx dişli darayar uyğun olacaq.Fırça istifadə edərkən isə uclarının yumşaq olması çox əhəmiyyətlidir.Əgər fırça tükləri əlinizi çəkirsə fırçanızla vidalaşma vaxtı gəldi deməkdir.Fırça və ya daraqlarınızı həftədə bir dəfə şampunla yuya bilərsiniz.
Saç uclarınıza şampun tətbiqi
Əgər uzun saçlara sahibsinizsə saçlarınızın bütününü şampuanlamayın. Çünki bu saç uclarınızın çox tez qurumasına səbəb olar.Şampunu saç diblərinizə tətbiq etməniz kafidir.Onsuz da saçlarınızı durularkən saç uclarınızda şampunlanacaq və təmizlənəcək. Saç uclarının təmizlənməsi saç diblərinə görə daha asandır.

/Mənbə.Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri