Mövsümlərə görə saç baxımı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 232
Səs ver:
(səs: 4)
Sağlam saçlar üçün mövsümlərə görə baxım etməniz lazım olduğunu biliridinizmi?
Qış: İlin bu ən soyuq mövsümü bərabərində kəpəklənmə, qaşıntı kimi problemləri də gətirər. İsti qızdırıcı istiliyi və çölün soyuq iqlimi saçlarda elektriklənməyə səbəb olan gərginliyin səbəblərindəndir. Bu "uçuşan saç" problemi nəmləndirici saç spreyləri, şampunlar ya da müalicələrlə önlənə bilər. Əgər saç dərinizin quruluğundan şikayətçisinizsə markaların xüsusi saç tonikləri ya da saç nəmləndirici məzmunlarıyla həll ola bilər.
Payız: Tətil sonrasında günəşin saçlarınıza verdiyi zərəri görməməzlikdən gələ bilməzsiniz. Ən diqqətə çarpan olanı nəm itkisindən ötəri meydana gələn quruluqdur. Bunun üçün əlavə nəm ehtiva edən baxım müalicələrinin yanında boyalı saçlar üçün də saçlarınızın rəngini təzələyən saç boyası və yeni bir saç modeli idealdır.
Yaz: Soyuq qış günləri havalar istiləşməyə başlasa belə iz buraxmadan ortadan itmir. Qızdırıcıların qurutduğu ya da papaqların altında gizlədiyimiz saçlarımız və saç dərimiz yazla birlikdə xüsusi bir baxım istəyir. Baxım proqramında isə xüsusilə quru saç dərisi üçün tətbiq olunan baxım müalicələri önə çıxır.
Yay: Çox istilik saçlar üçün təhlükəlidir. Saç tellərinin qurumasına və incəlməsinə səbəb olar. Yaz mövsümünün "yaraladığı" saçların təcili baxımı ancaq günəşdən zərər görmüş saçlara əvvəlki canlılığını qazandıran xüsusi saç baxım müalicələriylə mümkündür. Bu vəziyyətdə mütləq istifadə edilməsi lazım olan baxımlar arasında UV qorumalı olan məhsullar ön sıradadır. Saç rənginin təzələnilməsi də yenə baxım edən boyalarla reallaşdırılmalıdır. Bunun üçün ən doğru məlumatı sizə yenə bərbəriniz verəcək.
 
/Mənbə.Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 2 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri