Qışda quru dəriyə qulluq

Müəllif: Narın Yağış
Şərhlər:
Baxılıb: 5892
Paylaş:
Səs ver:
(səs: 1)

Qışda çoxumuz quru dəri problemiylə qarşılaşarıq. Bu mövsümdə dərimizin nəmi azalır və bu səbəbdən dərimiz quruyur. Quru dəri nəmləndiricilərlə müalicə edilə bilər. Qliserin və bal südü kimi bir çox (təbii) nəmləndiricilər vardır. Qışda dəri quruluğu üçün bunları istifadə edə bilərik. Dəri quruluğu dəridə qıcıqlanma və çatlara səbəb ola bilər. Onun üçün dəri quruluğu ən qısa zamanda müalicə edilməlidir.

Dəriyə qulluq

1.Bəslənmənizə diqqət yetirin və dietanızı təzə meyvələrlə edin.

2.Üz, dodaq və qıçlarınıza nəmləndirici vazelin tətbiq edin.

3.Qışda isti su duşlarından uzaq durun. İsti su dərini qurudur.

4.Qışda dodaq çatlaması sıx görülən bir vəziyyətdir. Çatlara yumşaldıcı vazelin tətbiq edin.

5.Dodaq baxımı üçün dodaq fırçası istifadə edin.

6.Qışda dəri quruluğu böyük bir problemdir. Təbii nəmləndiricilər istifadə edin.

7.Əlcək, şal və şapka istifadə edin. Dərinizi soyuq havaya məruz buraxmayın.

8.Yüksək nisbətdə spirt ehtiva edən makiyaj vəsaitləri istifadə etməyin. Qışda gözəllik və saç stil məhsullarından çox istifadə etməyin.

9.Kərə yağı, maye yağlar, qliserin və.s kimi təbii nəmləndiricilər istifadə edin. Kimyəvi nəmləndiricilər tövsiyə edilmir.

10.A və E vitaminindən zəngin yeməklər istifadə edin.

11.Kifayət qədər su istifadə edin. Təzə meyvə suları, səhləb, süd seçin.

Qışda dəri quruluğuna qarşı tətbiqlər

1.Təzə və yetkin bir avokadonu püre halına gətirin və bunu quru dəri və üzünüzə 15 dəqiqə tətbiq edin. Avokado E vitamini ehtiva edər və dəri baxımına yaxşı gəlir. Əgər dəriniz çox qurudursa  bir yemək qaşığı bal əlavə edin. Bal dərini nəmli tutur.

2.1 yemək qaşığı qliserin, 1 yemək qaşığı limon suyu və 1 yemək qaşığı gül suyu qarışdırıb yatmadan əvvəl dərinizə tətbiq edin. Qliserin təbii nəmləndiricidir.

3.1 yemək qaşığı portağal qabığı tozu və 1 yemək qaşığı bal qarışdırıb bunu quru dəri üzərinə 15 dəqiqə tətbiq edin. Daha sonra dərini soyuq su ilə yuyun.

4.2 yemək qaşığı süd tozu və 2 yemək qaşığı badam yağı yaxşıca qarışdırıb quru dəri üzərinə 15 dəqiqə tətbiq edin. Süd tozu dərini nəmləndirir.

 

/Mənbə.Qadınlar.biz/


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 5892
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook