Selülitlərinizi fırçalayaraq yox edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 369
Səs ver:
(səs: 1)

İnadçı Selülitlərə qarşı fərqli bir üsul …

Selülit, dərialtındakı yağ hüceyrəsi təbəqəsində qan dövranı pozuntusu zamanı baş verir. Səhv qidalanma, hərəkətsizlik və genetik səbəblər selülit meydana gəlməsinin əsas səbəbləri arasındadır. Qidalanma formasını dəyişdirmək, nizamlı məşq etmək çox təəssüf ki hər kəs üçün hər zaman mümkün olmur. Qaldı ki genetik səbəblərə, selülit meydana gəlməsinin qarşısını ala bilməzsiniz. Ancaq bu vəziyyət selülitlerinizi azalda bilməyəcəyiniz mənasını vermir.

 

 

Bu günə qədər selülitə qarşı bir çox kosmetik məhsul sınamış, ancaq tətbiq çətinliyi səbəbindən imtina edən xanımlardansınızsa, məsləhətimizi tətbiq edib özünüzə selülitlə döyüşmək üçün bir şans daha verə bilərsiniz. Sərt bir fırça əldə edin. "At tükü” və ya "kaktus fırçası” olaraq axtardığınızda qarşınıza alternativlər çıxacaq.

Səhər oyandıqdan sonrakı ilk 10 dəqiqə içində bədəninizi mütləq aşağıdan yuxarıya doğru fırçalayın. Əvvəl sağ alt, ardından sağ üst qıçınızı fırçalayın. Sonra sol alt və üst qıçınızı fırçalayın. Ardından eyni tətbiqi əvvəl sağ, sonra sol qolunuz üçün yerinə yetirin.

 

 

Nəticə: Fırçalama əməliyyatı qan dövranını artıracaq. Qan dolaşımıyla birlikdə hüceyrələr arasındakı təzyiqdə artacaq və bu vəziyyət yağ toxumasının dağılmasına köməkçi olacaq. Bir həftə müddətində hər səhər fırçalama əməliyyatına 10 dəqiqə ayırsanız, selülitlerinizin azaldığını görəcəksiniz.

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 369
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri