Gündəlik dəri baxımı

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 400
Səs ver:
(səs: 1)
07.00 - Su içməli:

Səhərlər bədənimiz su itirmiş şəkildə oyanarıq, bu səbəblə ilk etməmiz lazım olan bir stəkan su içmək. Dermatolog Dr. Nicholas Perricone, hüceyrələrimizin susuz qaldığında düz funksiya görmədiyini söyləyir. Susuz qalmış bir dəri, parlaq və yumşaq ola bilməz. 

07.30 - Dəridəki yağı təmizləməli:

Əgər oyandığınızda dərinizin yağlı olduğunu hiss edirsinizsə, dərinin öz çıxardığı sebum deyilən yağı dərinizdən təmizləməniz lazımdır. Dermatolog Dr. Sam Bunting, dəridəki yağ təmizlənmədən tətbiq olunan kremlərin işə yaramayacağını ifadə edir. Ayrıca təmizləmə əməliyyatından sonra dəriyə bir antioksidan sərəm tətbiqi təklif edir.

07.45 - Günəş kremi çəkməli:

Buludlu payız və qış günlərində belə fərqində olmasanızda zərərli günəş şüaları dərimizə təsir edir. Dərinin yaşlanmaması üçün günəş qoruyucunu əhəmiyyət vermək lazımdır. 

12.00 - Yağlanılmağa qarşı pudralamalı:

Dəri, günortanları normaldan daha çox sebum çıxarır. Yağlı görünüşə qarşı alın və burun bölgəsini pudralamalıyıq.

13.00 - Vitamin almalı:

Xəstəliklərdən qorunmaq və dərini təzə tutmaq üçün lazımlı vitamin möhkəmlətməsini etməyi unutmamaq lazımdır. 

16.00 - Buz möhkəmlətməsi:

Axşam üzəri saat 4də bədən istiliyi normalın bir az üzərinə çıxa bilər. Belə vəziyyətlərdə üzünüzün qızardığını hiss etdiyinizdə, bir küp buz əmə bilərsiniz.

18.00 - Makiyaj təmizliyi:

Makiyajla qətiliklə yatmamamız gerketiğini bilirik. Yenə də, yatana qədər makiyajı təmizləməyi təxirə salmamıza da ehtiyac yoxdur. Dəriniz nə qədər erkən nəfəs almağa başlarsa, o qədər yaxşı. ..

21.30 - Nəmləndirici tətbiqi:

Dəriniz axşamları 25% daha çox nəm itirər. Hiyalüronik turşu ehtiva edən kremlər və parafin və ya lanolin saxlayan məhsullar daha təsirli olacaq.

22.00 - Retinoid ehtiva edən krem tətbiqi:

Hüceyrə yeniləmədə təsirli olan retoid kremlər yaşlanmağı maneə törətmək üçün birə bir.
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 400
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri