Zeytun yağı sizi qırışlardan xilas edər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 733
Səs ver:
(səs: 2)
Zeytun yağının möcüzəvi gücündən hansı xanımın xəbəri yoxdur ki? Salat və digər kulinar ləzzətlərdəki ənənəvi istifadəsindən başqa xanımlarımız bu yağı üz və bədən qulluğunda da istifadə edirlər. Zeytun yağı müxtəlif kimya ilə dolu olan hazır gözəllik vasitələrinin çox gözəl əvəzedicisidir.
Zeytun yağının möcüzəvi təsirini insanlar hələ qədim dövrdə aşkar ediblər. O dövrün bütün xanımlarının krem və maskalarında bu yağ istifadə edilirdi.
Indiki zamanda zeytun yağını təbii halda tapmaq çətindir, lakin buna baxmayaraq yağın istifadəçiləri azalmır. Bir çox qadın bahalı kremlərin yerinə zeytun yağından istifadə edirlər. Bu yağın istifadəçiləri arasında məşhurlar da var. Misal üçün, Sofi Marso hər səhər üzünün dərisini zeytun yağı ilə nazlayır.
Üz gözəlliyini gözətrafı qırışlar korlayır. Yəqin artıq anladınız ki, "qaz ayaqları” və digər problemlərdən xilas olmaq üçün əsərimizin qəhrəmanı – zeytun yağı ən yaxşı seçimdir. Zeytun yağını göz qapaqlarına kompress kimi çəkirlər, bu yağ ilə göz qapaqlarının masajı gərginliyi aradan qaldırır və kiçik qırışları açır.

Xalq üsulu
Dərinin cavanlığı və sağlamlığını əldə etmək üçün sizə xalq üsulu kömək edəcək. O, az vaxtınızı alacaq, nəticələr isə ən cürətli ümidləri belə geridə qoyacaq.
Möcüzəvi vasitənin hazırlanması üçün bizə lazım olan şeylər – 50ml yağ və 10 ml E vitamininin yağ qatışığı. Maska cildə axşam 5 dəqiqəlik çəkilir, artıqları kağız salfet ilə götürülür.
Vaxtsız qırışlardan zeytun yağı kompressi və göz qapaqlarının masajı xilas edər. Yağ kompressindən sonra göz qapaqlarınızı cəfəri həlimindən hazırlaya biləcəyiniz buz kərpici ilə masaj edin. Ehtiyyatlı olun: gözətrafı cild çox həssasdır və ehmallı qulluq tələb edir!
Qırışların qarşısını almaq üçün sizə zeytun yağı və bir neçə damcı limon suyundan hazırlanmış maska kömək edəcək. Vasitə göz ətrafına 5-10 dəqiqəlik çəkilir. Yağın artıqları salfet ilə silinir.
Gözaltı qırışlardan və kölgələrdən sizi həssas gözətrafı cild üçün olan maska xilas edəcək. Bu maskanı ev şəraitində hazırlamaq çox asandır. Lazım olanlar – yarım banan və yarım xiyarı yaxşıca əmək lazımdır. Alınan məhlula iki xörək qaşığı zeytun yağı əlavə edin. Maska 30 dəqiqəlik çəkilir və soyuq su ilə yuyulur.
Təbiətin nemətlərindən istifadə edin və gözəl olun!
 
/Mənbə.Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri