Ballı maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 449
Səs ver:
(səs: 2)
Bal ilə edəcəyiniz maskalarla dərinizin daha gözəl və canlı görünməsini təmin edə bilərsiniz.
Möhkəmləşdirici bal maskası
Vəsaitlər:
1 yemək qaşığı bal
1 yemək qaşığı darçın
2 stəkan ilıq süd
Hazırlanması:
Darçın, süd və balı bir qab içərisində homogen şəkildə qarışdırın. Dərinizə sürdükdən sonra 1 saata qədər gözlədin və ilıq su ilə yuyun.

Gərginləşdirən bal maskası
Vəsaitlər:
1 çay qaşığı bal
1 yumurta
3 damla alma sirkəsi
1 damla lavanta yağı
Hazırlanması:
Yumurtanı bir kasada çırpın və içinə 1 çay qaşığı balı əlavə edin. Sonra alma sirkəsini əlavə edib 1 damla lavanta yağını əlavə edin. Əldə etdiyiniz bal maskasını dəri və boyun bölgənizə sürə bilərsiniz. Dərinizdə 20 dəqiqə gözlətdikdən sonra yuya bilərsiniz.

Quru cildlərə qarşı üz maskası
Vəsaitlər:
1 ədəd avokado
1 çay qaşığı çiçək balı
1 dilim portağal
3 damla gül yağı
Hazırlanması:
Yetkin avokadonun içini bir qaba çıxardın. İçinə bal əlavə edin. Portağalın suyunu sıxın, ən son gül yağını da əlavə edin və yaxşıca qarışdırın. Təmiz dərinizə sürün və 10 dəqiqə gözlədin və ilıq suyla yuyun.

Dərini cavanlaşdıran və qidalandıran maska:
Hazırlanması:
2 şorba qaşığı bal ilə 2 şorba qaşığı düyü ununu qarışdırın. Ayrı bir yerdə qar halına çırpılmış yumurta ağını əlavə edib qarışdırın. Maskanı göz ətrafı xaric bütün üz və boynunuza çəkib 10 dəqiqə gözlədin. İlıq suyla durulayıb, qurulayın.

/Mənbə.Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri