Alma sirkəsiylə saçları yumaq canlılıq və parlaqlıq qazandırar. Bir qaşıq alma sirkəsini 2 stəkan su ilə qarışdırıb saçlarınıza çəkin. Saçlarınızı darayaraq hər yerinə dağılmasını təmin edin. Ardından 5-10 dəqiqə gözləyib yaxşıca durulayın. Sirkədəki turşu, saçın üst təbəqəsindəki parçalanmış qisimləri yox edərək düz və parlaq görünməsini təmin edər.
Karbonat
Bir ovuc şampuna 2 şirin qaşığı karbonatı qarışdırıb saçlarınıza masaj edərək tətbiq edin. Ancaq karbonatı yeni boyanmış saçlara tətbiq etməyin. Əks halda boya axa bilər.
Aspirin
Bir aspirini qırıb şampununuzun içinə atın. Aspirinin içərisindəki maddələr saçlarınızın formasını təmir edəcək və yenidən parlamalarını təmin edəcək.
Şəkərli su
Bir stəkan suya bir çay qaşığı şəkər qoyub qarışdırın. Bu qarışığı ovucuna töküb əllərinizlə masaj edərək saçlara tətbiq edin. Saçlarınız yapışqan bir hal alacaq. Çünki çəkdiyiniz şey əslində bir cür ev istehsalı olan saç spreyidir.