Dəriyə qulluq təklifləri

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 2 349
Səs ver:
(səs: 1)
1. Dərinizi mümkün olduğunca günəşdən qoruyun . Az günəşə çıxın və mütləq qoruyucu krem ​​istifadə edin ...
2. Dərinizi həm həddindən artıq isti havadan, həm də həddindən artıq soyuq havadan qorumaq üçün nəmləndirici istifadə edin.
3. Siqaretdən uzaq durun. Çünki siqaret dərimizin ehtiyacı olan oksigeni azaldar və dərinin yenilənməsini önləyər. Bu da dərimizin solğun və yaşlı görünməsinə səbəb olar.
4. Dərinizi zədələnər qorxusu ilə dərindən təmizləməkdən qorxmayın. Yəni bir az pambıq, dəri təmizləyici krem və dəri tipinizə uyğun bir nəmləndirici sizə yetər.
5. Sağlam bəslənin  və ən azı həftədə bir dəriyə qulluq üçün maska ​​tətbiq edin. Maska tətbiqə vaxt tapa bilmirsinizsə nəmləndiricinizi hər zaman tətbiq etdiyinizdən üç qat daha çox miqdarda istifadə edərək dərinizi sanki maska ​​edər kimi nəmləndirməyə buraxın 5-10 dəqiqə sonra kremin çoxunu yumşaq bir kağız dəsmal ilə silin.
6. Hərdənbir nəmləndirici kreminizlə dərinizə masaj edərək həm qan dövranını sürətləndirib həm də ölü dərini ataraq dərinizin yenilənməsini təmin edə bilərsiniz.
7. Bol tərəvəz və meyvə yeyin, çox yağlı, çox şəkərli və çox duzlu qidalardan uzaq durun.
 
/Mənbə.Qadınlar.biz/
 
 
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 349
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri