Saçqıranlara son

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 7 369
Səs ver:
(səs: 8)
İndiki dövrümüzdə bir çox qızların ən qorxduğu şeydir  saçqıran. Saçqıranlarla necə mübarizə aparmaq olar?
Əvvəla gəlin öyrənək, saçqıranlar necə əmələ gəlir?
Saçqıranlar ən çox saçımızı isti su ilə yuyanda əmələ gəlir. İsti su saçımızın dib və uclarını zədələyir və qırılmalar  əmələ gətirir. Nəticədə saçqıranlar yaranır. Buna görə də əziz xanımlar,saçınızı həmişə ilıq su ilə yuyun. Yadınızda saxlayın, istilik saçqıranların  yaxın dostudur. Saçqıranları əmələ gətirən başqa amillər də var:
1) Saçı nəm-nəm hörmək
2) Saçı yaş halda daramaq(bəzi qızlar saçlarını yaş halda elə darayırlar ki,sanki hər şeyin heyfini saçlarından çıxırlar. Olmaz belə :12: :125:)
3) Saça həddən artıq istilik vermək(saçı fenləmək,saçdüzləşdirici ilə tez-tez düzləşdirmək və s.)
 
Tutaq ki, bunları bilmirdiniz və artıq saçqıranlar baş alıb gedir. Bunun qarşısını necə almaq olar?
Sizə lazım olan tək şey limondur. Deməli, limonu götürürsünüz bıçaqla iki yerə bölürsünüz. Sonra böldüyünüz limonun bir yarısını götürüb saçqıran olan hissələrə sürtün. Sürtdükdən sonra yumamağınız məsləhətdir. Bu prossesi hər gün bir dəfə etsəniz zamanla fərqi özünüz görərsiniz. Eyni zamanda saçqıranlara qarşı şampunlardan da istifadə edə bilərsiniz. Unutmayın, saçqıranlar saçınızın inkişafına mane olur və saçınızın tökülməsinə gətirib çıxarır. Əziz xanımlar, yadda saxlayın ki, saçlarınız çox həssasdır və onları itirmək istəmirsinizsə yaxşı qorumalısınız. :124:
(səs: 8)
Şərhlər: 10
Baxılıb: 7 369
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri