Saç tökülməsini önləyən qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 491
Səs ver:
(səs: 1)
Kişilərin qorxulu yuxusu olan kişilərdə saç tökülməsini önləmək üçün bir çox fərqli yollar var. Bitki mənşəli yollar və ya saç tökülməsi müalicələri ilə saç tökülməsini önləyə bilərsiniz. Lakin bunlardan ən uyğunu risksiz olanı yediklərinizə diqqət yetirmənizdir. İndi sizə təklif edəcəyimiz qidalarla saç tökülməsini önləyə bilər bəlkə də tamamilə saxlaya bilərsiniz!


1. Quru yemiş
Sağlamlıq üçün saçlar omega-3 yağ turşularına ehtiyac duyar. Quru yemişlərdəki omega-3 saçları qoruyarkən sink də tökülməsinə mane olar.

 
2. Zeytun yağı
Zeytun yağı yaxşı bir E vitamini qaynağıdır. E vitamini saçları qoruyan və qalınlaşmasını təmin edən bir antioksiddir. Hüceyrələrin sağlam inkişafı üçün əhəmiyyətlidir. Dərini nəmli və yumşaq saxlayar. Zeytun yağı saç köklərini nəmləndirərkən qırılmalara qarşı da təsirlidir.

 
3. Soya
E vitamini baxımından zəngin bir başqa qida da soyadır. Hemoglobin istehsalında əhəmiyyətli yerə sahib olan dəmir soyada bol miqdarda olur. Hemoglobin, qanda olan və oksigenin daşınmasını təmin edər. Kafi hemoglobin olmadığında qan dövranının düz işləməsi mümkün deyil. Dövran sistemi düz işləmədiyində saç dərisi saçların böyüməsi üçün kafi köməyi ala bilməz.

 
4. Kök
Gözlərə olan faydasının yanında kök saçlara da yaxşı gəlir. A vitamini sayəsində saçların sağlam və parlaq görünməsini təmin edən sebum istehsalına köməkçi olar.

 
5. Tam taxıllı qidalar
B7 vitamini ehtiva edən tam taxıllı qidalar saçların tökülməsi və bozlaşmasına qarşı təsirlidir.

 
6. İspanaq
B9 vitamini parlaq və sağlam saçlar üçün lazımlıdır. Kifayət qədər alındığında saçlarınızın daha sağlam göründüyünü fərq edəcəksiniz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri