Kəpəyin qarşısını təbii yollarla almaq mümkündür

Müəllif: KRALİCEM
Şərhlər: 8
Baxılıb: 5 264
Səs ver:
(səs: 3)
Kəpək təkcə ölü hüceyrələrin toplanmasından əmələ gəlmir, şampundan ifrat dərəcədə istifadə etdikdə də meydana çıxır.

Çünki şampunun tərkibindəki kimyəvi maddələr saçın dərisini qıcıqlandırır, quruluğa səbəb olur, nəticədə kəpək meydana gəlir. Bunun üçün saçı həftədə 2-3 dəfə kəpəyin qarşısını alan şampunla yumaq məsləhət görülür.

Kəpəyin qarşısını alan şampunu saçınıza çəkən kimi dərhal yumayın, ən azı 5 dəqiqə saçınızda saxlayın ki, dəriyə öz təsirini göstərsin.

Belə etsəniz, qısa vaxt ərzində kəpəkdən xilas olarsınız. Kəpəyin qarşısını alan amillərdən biri də saçların vaxtlı-vaxtında daranmasıdır. Yaxşı olar ki, duş qəbulundan sonra saçlarınızı darayasınız. Saçı daramaqla saç səthində meydana gələn yağın saç köklərinə dağılmasını təmin edəcək və beləliklə, saçınızın qurumasının qarşısını almış olacaqsınız.

Stress də kəpəyin əmələ gəlməsinə səbəb olan faktorlardandır. Ona görə də çalışın stresdən uzaq olun.

Sağlam qidalanın, çünki bu da kəpəyin qarşısının alınmasında əsas faktor sayılır. Ayaqüstü hazırlanan yeməklərdən (məsələn, fast food kimi) çox istifadə də dəridə problemlər törədir.

Kəpəkdən qurtulmanın təbii yollarından biri də qatıqdır. Bunun üçün saçınızı yuduqdan sonra dərisini qatıqla masaj edin. Sonra da 10-15 dəqiqə gözləyib yaxalayın.

İki yemək qaşığı kəklikotu, nanə və ya adaçayını dəmləyib, ilıq halda saça tətbiq etmək və sonda sirkə ilə saçı yaxalamaq da kəpəyin qarşısını alır.

İki ədəd aspirini istifadə etdiyiniz şampunla qarışdırıb, saçınıza çəkin, 2-3 dəqiqə sonra başınızı yuyun. Bu da kəpəyin qarşısını alır.

Başınızı yumazdan əvvəl zeytun yağı ilə saçınızı və saçınızın dərisini masaj edin. 5-10 dəqiqə sonra yuyun.

Yatmazdan əvvəl saçınıza zeytun yağı çəkib, "stretç lentlə" sarıyın. Bir gecə saxlayıb yuyun. Bu, kəpəkdən xilas olmaq üçün ən ideal yoldur.

Zeytun yağı, qatıq, bal və hindqozu yağını qarışdırıb xəmir yoğurun və saçınızın dərisini bununla masaj edin. 20 dəqiqədən sonra yuyun. Bu kəpəyin qarşısını alır.

1 ədəd bananla 2 stəkan alma sirkəsini yaxşıca qarışdırın və bununla saçınızı masaj edin. Yarım saatdan sonra saçınızı yuyun. Bu tərkibi 1 həftə boyu tətbiq etmək məsləhətdir. Saçınız təmizləndikdən sonra kəpəyin qarşısını almaq məqsədi ilə bu tərkibi həftədə bir dəfə tətbiq etmək kifayətdir.

Evinizdə hazırlaya biləcəyiniz bəzi saça qulluq məhsulları da kəpəyin qarşısını almaq üçün ən yaxşı vasitə hesab olunur. Məsələn, kasaya bir qədər badam yağı, bir ədəd limonun şirəsini, 1 ədəd yumurtanı və 2 xörək qaşığı qatığı əlavə edib qarışdırın və bununla saç diblərinizi masaj edin. Yarım saatdan sonra yaxşıca yuyun.

3 stəkan qaynadılmış suya 5 paket (çay paketi) gicitkən çayı qoyub dəmləyin. Saçlarınızı kəpəyin əleyhinə olan şampunla yuyub, sonra da dəmlədiyiniz gicitkənli su ilə yaxalayın.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 5 264
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri