Saçlarımız üçün hansı vitaminlər mütləqdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 745
Səs ver:
(səs: 1)
Sağlam saçlara sahib olmaq  üçün orqanizm  bütün lazımı elemtləri almalıdır.

Həmçinin orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmaq üçün xüsusi pəhrizlər vardır ki, onlar saçların inkişaf və möhkəmləndirilməsini təmin edir.
Saçlara hansı vitaminlər lazımdır sualına ən yaxşı cavab - balanslaşdırılmış qidadır. Təbii ki, hər birimiz xüsusi vitamin komplekslərindən də istifadə edə bilərik, yalnız  qida məhsulları olan meyvə və tərəvəzdən aldığımız elemet və vitaminlər, orqanizm tərəfindən daha çox və yaxşı mənimsənilir.

Birincisi bilməlisiniz ki, qida rasionunuzda  mütləq -zülallar olmalıdır. Məlumdur ki, zülal orqanizm və saçlar üçün bünövrə materialı sayılır.
Bundan sonra bəslənmə üçün saçlara yağlar lazımdır. Bitki yağlarına üstünlük verməyiniz daha məsləhətlidir, çünki bu yağların tərkibində  doymamış yağ turşuları vardır. Əvəzolunmaz  bu yağ turşularına xüsusi diqqət vermək lazımdır, çünki  onlar bədəndə ümumiləşmir. Bu yağlar kəpəyin əmələ gəlməsi, baş dərisinin  hüceyrə quruluşunun inkişafı, saç köklərinin inkişafı kimi proseslərdə mühüm rol oynayır və baş dərisini  və saçları nəmləndirir.

Saçların sağlam olması üçün karbohidratlar da çox vacib sayılır. Bu halda da təbii karbohidratlara üstünlük verməyiniz məsləhətlidir, bu isə selüllozdur. O, bağırsaqların təmizlənməsinə təsir edir, bu isə orqanizmin sağlamlığı üçün çox önəmlidir.Bunun üçün  rasionunuza təbii meyvə və tərəvəzi əlavə etmək lazımdır.
Vitaminlərə gəldikdə isə, saçların inkişafını stimullaşdıran B10 vitaminidir. Ümumilikdə bu qrup vitaminlər saçlar üçün çox xeyirli sayılır. Saçlarda piqmetin əmələ gəlməsində kömək etdiklərinə görə, saçların vaxtından tez ağarmasını ləngidirlər. Parlaq saçlar üçün F vitamini təyin edilir. Saçlarınız buruqdursa, o zaman A vitamini buruqlarınıza elastiklik və möhkəmlik verəcək. Həmçinin bu vitamin saçları nəmləndirərək onların qırılmasının qarşısını alır. Vitamin E isə saçların tökülməsi ilə mübarizə aparıb, onların strukturunun yaxşılaşmasında iştirak edir. Hamımız  stressin  saç tökülməsinə necə təsir etdiyimizi  bilirk... Vitamin C bizi  bu stresslərdən qoruyub, saç köklərinin nəmi və dəmiri itirməməsinə köməkçi olaraq , köklərin dağılmasının qabağını alır.
Sağlam saçlar üçün həmçinin mis və sink də çox lazımlı sayılır. Mis, dəmir və sinki kompleks şəkildə qəbul etmək daha məsləhətli sayılır,bu halda onlar bir - birinin təsirini tamamlayıb, gücləndirəcəklər bu isə daha yüksək effet verəccək.
Kalsiy elementinə gəldikdə isə, onu  axşamlar  qəbul etməyiniz daha yaxşı olar. Buna səbəb gün ərzində onun orqanizmdən yuyularaq çıxmasıdır.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 745
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri