Yağlı saçlara qulluq qaydası və maskalar

Müəllif: Zeynuş
Şərhlər: 8
Baxılıb: 3 678
Səs ver:
(səs: 2)
Saçları düz şəxslərdə dəridən ifraz olunan yağ gün ərzində sürətlə yayıldığı halda buruq saçlılarda bu müddət daha yavaş irəliləyir. Buna görə də istifadə ediləcək şampun çox diqqətli seçilməlidir. Həddindən artıq yağlı saçları yuyarkən şampunu iki dəfə tətbiq etmək lazım ola bilər.

Bundan başqa, yağlı saçlara sahib olan qadınların saçlarını necə düzəltdikləri də çox əhəmiyyətlidir. Çünki saçı tez-tez fırçalamaq və daramaq yağlanmağı sürətləndirir. Eyni zamanda saçların mümkün olduğu qədər az yığılmasında da fayda var. Saç mütəxəssislərinin fikrinə görə, yağlı saçlara sahib olan qadınlar qısa saç kəsiminə üstünlük verməlidirlər.

Digər bir fikrə görə, yağ alına təmas edərək sızanaqların yaranmasına da səbəb ola bilər. Yağlanma xarici görünüşə təsir edən bir problem kimi görünsə də, əslində başqa problemlərin də başlanğıcı sayılır. Saçın həddən artıq yağlanmasının qarşısı alınmazsa, bu, tüklərin tökülməsinə, hətta kəpək və seboreik eqzamanın yaranmasına səbəb ola bilər.
 
1. Qəti olaraq saçlar isti suyla yuyunmayacaq, yumaq üçün ilıq, durulamak üçün soyuq su
 
2. Saç yuyularkən baş dərisinə edilən masaj yenə yağlanılmağı artırır, yağlı saçlılar siz bunu etməyin
 
3. Durulama suyuna 1 armudu stəkanı alma sirkəsi, ya da 1 limonun suyu, hətta bu ikisinin qarışdırılıb durulanması saçların daha gec yağlanılmasını təmin edər
 
4. Kükürdlü sabun da baş dərisində yağ tarazlıqlayıcı olaraq istifadə edilə bilər. Lakin bu sabunun məlum qoxusu və saçlara şampun kimi yumşaqlıq verməməsini nəzərə alaraq 3-4 gündə bir istifadəsi tövsiyə edilir
 
5. Yağlanmayı azaldan maskalardan biri pivə masajı. .saçlarınızı ayda bir pivə ilə isladıb diblərə barmaq uclarıyla yüngül masaj etdikdən sonra 15-20 dəqiqə dinlənrib saçları yuyun.
 
Maska 1
Tərkibi:
12 damla bergamot yağı,
13 damla lavanta yağı
50 ml jojoba(Çin simmondsiya çiçəyi) yağı
 
Hazırlanması və tətbiqi:
Vəsaitləri benmari üsulunda isidilərək yaxşıca qarışdırılır və saçlara yedirilir.

Durulama suları - Sürətli və təsirli olur.
Yumadan sonrakı durulama suları, xüsusilə yağlı və kəpəkli saçlarda möcüzələr yarada bilər. Quru və ya qaşınan baş dərisi də, bitki qatqılı durulamalarla və ya alma sirkəsi ilə rahatlaşdırıla bilər. Durulamalar, yuyunmadan sonra tətbiq olunur və saçlar artıq sonra yuyulmaz.

Yağlı saçlara limon durulaması:
1 limonun incə rəndələnilmiş qabığı və 1 çay qaşığı dolusu incə qıyılmış cökə, yarım litr suya əlavə olunur və qaynama dərəcəsinə qədər isidildikdən sonra 10 dəqiqə dəmlənməyə buraxılır və süzülür. 8 limonun suyu ilə birlikdə, hamısı bir şüşəyə və ya qaba tökülür və çalxalanaraq 2 gün gözlədilir. Saçlar yuyulduqdan sonra, 1 litr ilıq durulama suyuna, şüşədəki mayenin 1/8 hissəsi əlavə olunur.

4 yumurtanı çırpıb, bununla başınıza yüngülcə masaj edin. 15 dəqiqə gözləyin. Sonra su ilə yuyun. Saçınızı bir stəkan konyak və bir stəkan gül suyu qarışığı ilə durulayın.
Yağlı bir saç üçün ən təsirli baxım məhsulu alma sirkəsidir. Saçlarınızı yuduqdan sonra son durulama suyunuza bir armudu stəkanı qədər alma sirkəsi qarışdırsanız saçlarınızın daha parlaq və daha az yağlanılan bir hala gələcəyini görəcəksiniz.

Maska 2
Tərkibi:
1 qəhvə fincanı alma sirkəsi,
1 çay qaşığı kəklikotu suyu,
1 çay qaşığı duz,
1 su stəkanı su qarışdırın

Hazırlanması və tətbiqi:
Əldə etdiyiniz qarışığı saç diblərinizə masaj edərək sürün.
Daha sonra nəmli və isti bir dəsmala örtərək təxminən iki saat saçınızda gözlədin.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri