1) Qəhvə fincanı qədər mayonezi təzə yuyulmuş saçın ucuna yedirə-yedirə sürtün. Daha sonra başınızı bağlayın.Yarım saat saxlayıb sonra yuyun. Mayonezin içindəki yumurta və yağ saçınızı qidalandırıb yumuşaq edəcək.
2) Yarım paket yaş mayanın içinə 3 yemək qaşığı zeytun yağı, 1 yemək qaşığı bal, 2 yemək qaşığı süd qatın. Qarışdırıb quru və təmiz saçlarınıza sürtün. Yarım saat gözləyib sonra yuyun.
3) 3 yemək qaşığı bala yarım limonun suyunu qatın. Quru və təmiz saçınıza sürtüb yarım saat gozlədikdən sonra yuyun.
4) 1 ədəd bananı əzib çox az zeytun yağı ilə qarışdırın. Quru və təmiz saçınıza sürtüb yarim saardan sonra yuyun.
5) Saçlarınızı yuduğunuz şampunun içinə 2 çay qaşığı limon suyu qatmaq lazımdır. Bu saçdakı qırıqları azaldır və saçı tez yağlanmağa qoymur.