Alma sirkəsindən saçlar üçün faydalı maska

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 805
Səs ver:
(səs: 1)
Alma sirkəsi təkcə mətbəxdə istifadə edilmir, qadın gözəlliyinin mühafizəsində də böyük rol oynayır. Bu məhsul saç tellərinin güclənməsini təmin edərək, dəridəki məsamələrin nəfəs almasına kömək edir, kəpək problemini aradan qaldırır. Mütəxəssislər parlaq saçlar üçün sirkə maskasını tövsiyə edirlər.
 
Sirkə maskası necə hazırlanır?
1 çay stəkanı alma sirkəsi ilə 2 litr ilıq suyu qarışdırın və bu qarışığı saçların uc və diblərinə yedirib, yarım saat gözlədikdən sonra saçınızı şampunla yuyun.
Bu maskanı həftədə 1 dəfə istifadə etsəniz saçlarınız parlaq və qüsursuz görünəcək.
 
Saçları hər gün yumayın
Saçları hər gün yuduqda dəridəki qoruyucu bakteriyalar məhv olur, kəpəklənmə və saç tökülməsi kimi problemlər meydana çıxır.
"Saçım çox yağlıdır” deyib saçları hər gün yumaq yağlı saçdan heç də qurtulmaq demək deyil. Əksinə, dərinin qoruyucu florası pozulur. Saçları həftədə 3 dəfə ilıq su ilə yumaq lazımdır.
Saçlarınızda jele, boya kimi kimyəvi məhsulları uzun müddət saxlamayın, çünki bu məhsullar da saçın və saç dərisinin təbii quruluşunu pozur, onları gücsüzləşdirir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 805
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri