Erkən qırışların 10 səbəbi

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1905
Paylaş:
Səs ver:
(səs: 1)
Yaşlanmaq hamının qorxulu kabusudur. Bunun qarşısını almaq üçün müxtəlif kosmetik vasitələrdən, əməliyyatlardan istifadə edilir. Amma bütün bunlar müvəqqəti çarələrdir. Qırışların səbəbi başlıca olaraq yaşla bağlı olsa da, burada genlər, insanın həyat tərzi də böyük rol oynayır.
Günəş Yaz aylarında insanların özlərini günəşə verməsi onlara həzz verə bilər. Amma nəzərə alın ki, bu, üzün qırışmasına səbəb olur. Bu aylarda Günəşlə bütün əlaqələri kəsmək də düzgün deyil. Küçəyə çıxanda keyfiyyətli günəş kremindən və papaqdan istifadə etmək kifayətdir.
Üz mimikaları Üzün hər bir hərəkəti onun bir az daha qırışmasına səbəb olur. Çox zaman dəri öz özünü yenilədiyi üçün hüceyrələr dəyişir və bu, kiçik qırışlar yox olur. Amma bu yenilənmə sonsuza kimi davam etməyəcək.

Siqaret
Siqaretin insanın həm xarici, həm də daxili görünüşünə mənfi təsirini bilməyən yoxdur. Bu ziyanlı vərdiş yalnız dişləri saraltmır, eyni zamanda qırışların artmasına imkan yaradır.

Yuxu
Günün yorğunluğundan azad olmaq üçün yatağa girəndə belə özünüzə diqqət etməyiniz vacibdir. Çünki uzun müddət eyni pozisiyada yatmaq üzün bu bölgəsinin daha çox qırışmasına səbəb olur. Bunun üçün üzü aşağı yatmağı tərgidib, arxası üstə yatmağa başlasanız yaxşı olar.

Stres
Həyatımızdan stresi tamamilə çıxartmaq mümkün deyil. Amma gözəl dərimizi qorumaq üçün daha sakit və soyuqqanlı olmağı öyrənməliyik. Unutmayın ki, stres nəticəsində yaranan qırışlar, sonradan insanı depressiyaya düşürə bilər.

Yuxusuzluq
Kifayət qədər yatmamaq qırışların sayını artırır. Yuxusuz qalmamaq və üzü üstə yatmamaq- bunlara mütləq diqqət etmək lazımdır.

İçki
Nə qədər çox içki qəbul edilsə, bir o qədər çox qırış olacaq. Spirtli içki üzün şişməsinə, şiş azalanda isə onun dartılmasına və qırışmasına səbəb ola bilər.

Nəmsizlik
Quru dəri daha çox çatlamalara və qırışlara səbəb ola bilər. Bədənin suya nə qədər ehtiyacı varsa, üzün də bir o qədər nəmə ehtiyacı var. Nəmləndirici kremlərdən istifadəni unutmayın.

Yaşlanma
Təəssüf, ancaq bunun heç bir əlacı yoxdur. Hər ötən gün bizim əleyhimizə işləyir.

Genlər
Ailə üzvlərinizin və yaxınlarınızın üzünə diqqət yetirin. Vəziyyət fiziki cəhətdən xeyrimizə olmasa da, onların xətalarından dərs ala bilərik.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1905
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv