Saçlarını evdə boyayanlara 7 təklif

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1623
Paylaş:
Səs ver:
(səs: 2)
Saç rəngləmək bəzi xanımlar üçün adətən stress atmaq vasitəsidir. Daim saç rəngi dəyişən xanımlar hər boyama üçün salona getmək yerinə evdə özləri və ya yaxın birinə boyatdırmağı seçərlər. Bu seçim salonda boyama xərclərindən xilas olmaq üçün də yaxşı seçimdir.  Ancaq yaddan çıxarmamaq lazımdır ki, saçlarınızda köklü dəyişiklik edəcəksinizsə, bunu evdə etməyiniz olduqca çətindir və axtardığınızı tapmaya bilərsiniz. Bunun üçün salona, işini çox gözəl bilən saç ustasının yanına getməyiniz lazımdır. Saçlarınıza bir neçə ton dəyişiklik edəcəksinizsə, bunu evdə həll etmək mümkündür. Elə isə saçlarınızı evdə rəngləyəcəksinizə, bu təkliflər sizin üçündür.

Saç boyama çəkməcəsi
Əgər saçlarınızı daim evdə rəngləməyi düşünürsünüzsə, bu rəngləmə üçün bir çəkməcə ayırın. Burada saçlarınızı boyayarkən geyinəcəyiniz köynək, dəsmal, daraq, saç ayırma aləti, broş, saç boyasını qarşdırmaq və saça çəkmək üçün fırça, əlcək və bir qab mütləq olmalıdır.

Vazelin
Saçlarınızı boyamağa başlamadan əvvəl saçlarınızın bitdiyi yerdən başlayaraq alınınıza və qulaqlarınıza vazelin çəkməyi məsləhət görürük. Boyaya bulaşmış olsa da, vazelinlə birlikdə təmizləmək çox asan olacaqdır.

Saçları ayırmaq
Boyayarkən saçları ayırmaq çox vacibdir. Əgər saçlarınızı tünd bir rəngə boyayırsınızsa, mütləq boyun hissəsindən ayırmağa və boyamağa başlayın. Boyun hissəsi digər hissələrə nisbətən rəngi daha gec götürəcəkdir. Əgər sarı bir rəngə boyayacaqsınızsa, ön hissədən başlaya bilərsiniz. Çünki təbii sarı saçlarda ön hissələr daha açıqdır.

Çirkli saç
Saçlarınıza boya çəkəcəyiniz zaman ən az bir gün əvvəl yumanızı məsləhət görürük. Saçlarınız çox təmiz olduğundan məsamələriniz açıq olacağı üçün dəriniz buna görə təsirlənə bilər. Çirkli saç təmiz saçlara nisbətən rəngi daha tez götürür.

Sınaq
Əgər boyanın saçınızda necə görünəcəyini bilmək istəyirsinizsə, əvvəlcə görünməyən bölgəyə çəkib yoxlayın.

Kifayət etməyən boya
Saçınız uzundursa, bu halla mütləq qarşılaşarsınız. Bir hissədə az boya istifadə edərkən digər hissələrdə bunun əksi ola bilər. Bu problemlə qarşılaşmamaq üçün əlavə bir qutu rəng də almanız məsləhətdir. Saç çəkməcənizdə lazım olanlardan biri də artıq boyanın olmasıdır.

Saç kremi
Saç boyalarının içindən çıxan kremləri rəngləmə işi bitdikdən sonra mütləq istifadə edin. Günəş şüasından qoruyan kremlərdən istifadə etməniz rəngin saçlarınızda daha uzun müddətli və yeni kimi qalmasına kömək edəcək.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1623
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv