Qaraşın qızlar saçlarını bu rəngə boyasınlar

Müəllif: Antikvar
Şərhlər: 13
Baxılıb: 62 889
Səs ver:
(səs: 4)
Sarışınların daha əyləncəli olduğunu düşünürsüz? Siz hələ daha ehtiraslı və şəhvətli qaraşın qızlara baxın, sonra yenidən düşünərsiz.

Qadinlar.biz saç rəngini dəyişmək istəyən qarayanız qızlar üçün 10 ən uyğun saç rəngini təqdim edir.

Beach (qumlu) qəhvə
Bu saç rəngi üz xətlərinin daha yumşaq görünməsinə kömək edir. Emma Vatsonun saç rəngi kimi.

Karamel qəhvə
Yanar qızılı rəng parıltıları ilə saçınıza müdhiş bir işıltı bəxş edər. Cennifer Lopez bu rəngi seçən məşhurlardandır.

Bal qəhvə

Ancelina Colinin sarışın dəri rəngi ilə çox gözəl yaraşan bal qəhvə rəngi. Çox makiyaj etməyən biri üçün bu rəng çox uyğundur.

Qızılı qəhvərəngi
Natali Hofmanın saç rəngi kimi günəşli qızılı qəhvərəngi möhtəşəmdir.

Şabalıd qəhvə
Bu, hər kəsin istifadə edə biləcəyi bir rəngdir. Viktoria Bekhamın daha çox üstünlük verdiyi  bir rəng. Bu rəngdən istifadə edərkən saçınızın uclarına karamel tonlar verdirin.

Maun

Salma Hayekin sevimli rəngi. Əsmər birisizsə, saçlarınızı orta uzunluğundan sonuna kimi saçınızın rəngindən iki, ya üç ton açıq ton etdirə bilərsiz. Məsələn, şabalıd qəhvrəngi əla seçim olar.

Orta kül qəhvə
Katie Homesi gözqamaşdırıcı göstərən bir rəng. Tünd saç rəngi istəyirsizsə, saçın uzunluğu orta olmalıdır.

Tünd kül qəhvə
Mila Kunisin klassik saç vurğusu olan tünd kül qəhvə.

Dumanlı qəhvə rəngi
Saçlarınız təbii və yumşaq duracaq.

Qara

Saçınızın rəngini çox tünd istəyirsizsə, üzərinə başqa bir kölgə də tətbiq edin.
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 62 889
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri