Faydalı yağlarla saçlarınızı qoruyun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 893
Səs ver:
(səs: 1)
Qadınlar arasında ən məşhur olan gözəllik şikayəti cansız, quru və zədələnmiş saçlardır. Nə yaxşı ki, təbiətdə saç qırıqlarını düzəldən, saç düyünlənmələrinə yaxşı gələn və saça təbii bir parlaqlıq verən bir çox yağ mövcuddur.

Oxşar şampunların və saç kremlərinin əksinə, bu yağlar saç qurluşuna daha uyğun gəlirlər. Həmçinin, bu yağlar qətiliklə kimyəvi məhsullar ehtiva etmir və onları əldə etmək çox asandır!

Zeytun yağı
Zeytun yağı bədən, üz, saç və dırnaqlar üçün son dərəcə faydalıdır. Eyni zamanda, parlaqlığı artıran və saçın qırılmağa olan meylini azaldan E vitamini baxımından da çox zəngindir.

Arqan yağı
Arqan yağı, gözəllik sənayesində saçlar üçün istifadə edilən ən son trend yağlardan biridir. Ancaq qaçıb bu məhsullardan almaq yerinə, yağın özünü istifadə etmək daha faydalıdır. Arqan yağının tərkibində B vitamini, E vitamini və saçın bərpa və qorunması üçün lazım olan digər elementlər vardır.

Kətan yağı
Kətan yağı bədənin ayrı-ayrı nayihələrinə də tətbiq oluna bilən möcüzəvi bir gözəllik yağıdır. Saç maskası, üz təmizləyici, qırış önləyici və hətta manikürdə belə istifadə edilə bilər. Quruluşundakı Omeqa 3 yağları saça dəymiş zərəri aradan qaldırır, saçın güclənməsinə və parlaqlığın artmasına köməkçi olar.

Hindistan qozu yağı
Hər kəsin son dövrlərdə sevdiyi qidadır, eyni zamanda, saçınız üçün də böyük faydası vardır. Hindistan qozu yağı yalnız zərər görmüş saçları yaxşılaşdırmır, eyni zamanda, kəpəyin azalmasına, saç qırıqlarının qarşısını almağa və saç məsamələrinin tıxanmasına qarşı köməkçi olan yağlarla zəngindir.

Avokado yağı
Avokado yağını harada istifadə etməyi seçirsiniz seçin, inanılmaz müsbət təsirini görəcəksinizr. Bir çox insan bu yağ ilə yemək hazırlamağaı seçər, ancaq gözəllik məhsulu olaraq da istifadə edilə bilər. Avokado yağı, bircinsli doymamış yağlar və E vitamini baxımından zəngindir. Eyni zamand,a çox xoş bir qoxusu vardır və gözəllik sektorunda saç baxım məhsulları tərkibində istifadə olunur.

Yalançı zəfəran yağı
Saç məsamələrini gücləndirən, parlaqlığı artıran və dəymiş zərəri azaldan yağlar baxımından olduqca zəngindir. Bununla yanaşı, zeytun yağı və kətan yağına nisbətən bişmə müddəti daha uzun olduğundan tələsik vəziyyətlərdə hər zaman istifadə edilə bilər.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri