Yağlı üz dərisi olanlar üçün

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3527
Paylaş:
Səs ver:
(səs: 1)
alt

Yağlı üz dərisi olanlar üçün :

Cəfərini dəmləyib 1 xorek qaşığı suyuna 1 xorek qaşığı kəsmik əlavə edib qarışdırırıq. Maskanı üzə çəkirik. Bu maska üzü ağardır, yağlığı azaldır və üzdəki məsamələri daraldıb yox edir.

Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.

Əgər dəriniz yağlıdırsa, gündə iki dəfə bu şəkildə təmizləyin: Bir kasada isti su qoyun. İçinə bir ovuc quru çobanyastığı tökün. Beş dəqiqə gözləyib süzün. Sonra kiçik və yumşaq bir dəsmalı bu suya batıraraq yaxşıca isladın və üzünüzə kompres edin. Bu əməliyyatı 5 dəqiqə müddətində davam etdirin. Daha sonra üzünüzü gül suyuna batırılmış pambıqla silin.

Badam maskası: Çobanyastığı, cökə çiçəyi, lavanda, mürver ağacı çiçəyi və şam filizindən bərabər miqdarda götürüb, qarışdırın. Bu qarışıqdan 2 xörək qaşığı alıb, 150 qram suda qaynadın. Bu qarışığa 3 xörək qaşığı badam da qatıb, qaynatmağa davam edin. Ardından 1 çay qaşığı un və yarım çay qaşığı bal əlavə edin. Ocağın üzərindən götürün və süzün. İsti şəkildə qarışığı üzünüzə çəkin. Əlbəttə istiliyi dözüləcək qədər olmalıdır. Yarım saat gözlədikdən sonra, əvvəl isti, sonra soyuq su ilə üzünüzü yuyun.

Alma maskası: Yarım almanı rəndələdikdən sonra, yaxşıca çırpılmış yumurta ağı ilə qarışdırın. Əldə etdiyiniz qarışığı üzə və boyunuza çəkib 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.

Bal maskası: Üç qaşıq bal, iki qaşıq qatıq və bir az yulaf ununu qarışdırın. Bu qarışıq pilinq təsiri bağışlayar. Qara nöqtələri təmizləyər. Üstəlik bu maskanın dərinin zədələnməsinin qarşısını da alır.


Pomidor maskası: Yetişmiş bir pomidoru püre halına gətirin və 15-20 dəqiqə üzünüzdə saxlayın. Sonra ilıq su ilə durulayın.

Xiyar maskası: İki ədəd xiyarı rəndələyib bir qaşıq qatıq ilə qarışdırın. Yaxşıca qarışandan sonra üzünüzə sürtün və 20 dəqiqə gözləyin. Sonra durulayın. Dəriniz o qədər təravətli olacaq ki, toxunduqda inana bilməyəcəksiniz.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3527
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv