Saçlar üçün maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 256
Səs ver:
(səs: 1)
Yumşaldıcı maska

1 fincan qatıq
2 x/q kakao
1 ədəd yumurta

Tətbiqi:
Əvvəlcə yumurta çalınır. Daha sonra qatıq, kakao əlavə edilib saça çəkilir. Maskanı saça tam çəkdikdən sonra başı bağlamaq lazımdır. 45 dəqiqə gözlənilir. Daha sonra isə saç yuyulur. İstifadə etdikdən sonra təsirini özünüz də görəcəksiniz. Heç bir əks təsiri yoxdur. Bu maska saçda nə qədər çox saxlanılsa, bir o qədər də təsiri yaxşı olar.

Saçqıranlara qarşı maska

2 x/q zeytun yağı
1 x/q alma sirkəsi
1 x/q bir gün əvvəldən götürülmüş çay dəmi

Tətbiqi:
Zeytun yağı, alma sirkəsi və çay dəmi bir qaba tökülüb qarışdırılır. Daha sonra saça çəkilir. 35 dəqiqə gözlədikdən sonra saç yuyulur. Nəticədə saçqıranlarınız azalacaq. Bir neçə həftədən sonra isə saçqıranlar tamamilə yox olacaq.
Qeyd: Çalışın bu dövrdə fendən istifadə etməyin. Əgər saçınızı düzləştirmək məcburiyyətində qalsaniz, o zaman düzləştiricinin ağzına zeytun yağı çəkin ki saçınız yanmasın. Bunu hər zaman edə bilərsiniz.

Saçların tökülməsinə qarşı maska

1ç/q zeytun yağı
1 ədəd yumurtanının sarısı
1 x/q bal

Tətbiqi:
Zeytun yağını, yumurta sarısını və balı qarışdırırsınız. Alınan məhlulu saçlarınızın dibinə çəkin. Başınızı bağlayın. Üstündən dəsmalla örtün. 20-30 dəq gözləyin. Saçlarınızı şampunla təmiz yuyun. Saçlarınızın tökülməsi dayanacaq və yeni tüklər yetişəcək.

Saçlarına tökülməsinə qarşı maska

1 ədəd soğan
1 ədəd yumurta sarısı

Tətbiqi
Soğan və yumurta qarışdırılıb saça çəkilir. 1 saat saxladıqan sonra saç yuyulur. Onu da deyim ki, maskanı çəkəndən sonra başınızı bağlayın. Saçlarınızı yuyarkən də yaxşı şapunlayın ki, soğanın qoxusu qalmasın.

P.S. Mən bu masklardan birinci və 2-cini etmişəm, nəticəsini də görmüşəm. Siz də edin. Peşman olmazsınız.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri