Saç köklərinin uzun bir əmələ gəlmə və bunu təqib edən qısa bir dinlənmə müddətindən ibarət yaşam həyatı vardır.Dinlənmə dövründə saç teli kökünə bağlıdır,amma böyümürlər.Dinlənmə dövrünün sonunda saç tökülür və yerinə eyni kökdən təkrar başqa bir saç böyüməyə başlayır. Umumiyyətlə saçın dövrü 3 dövrdən ibarətdir.
1. Böyümə dövrü:Bu dövr saçın kökündən çıxan tükün böyüdüyü dövrdür.Baş dərisindəki tüklərin böyüməsi 3-5 il arası sürür.
2. Ara dövrü:Böyümə dövrünün sonunda tük kökləri özlərini dinlənmə dövrünə hazırlayırlar. Tük kökünün böyümə dövründən dinlənmə dövrünə keçid aldığı bu aralığa ara dövrü deyilir.
3. Tökülmə dövrü:Təxminən 3 ay sürən bu dövrün sonunda saç kökündən ayrılır və düşür.Bundan sonra saç telinin ayrıldığı yeni tük əmələ gəlir və beləliklə yeni bir dövr başlayır.
Böyümə dövrü saçın yaşam ömrünün 90%-ni əhatə edir və 1000 gün sürür.Təxminən 10 gün sürən ara və 100 gün sürən dinlənmə dövrləri isə qalan 10%-ni əhatə edir.