Saçlarımızı uzatmaq üçün əsasən kosmetik vasitələrə üstünlük veririk. Ancaq kosmetik vasitələr saçın qırılmasına səbəb olur. Təbii məhsullarla saçınızı tez və sağlam şəkildə uzada bilərsiz.
Kahı: 1 ədəd dilimlənmiş turp və 4 kahı yarpağını 1 litr suda qaynadıqdan sonra süzüb saçınıza sürtün. 1 saat saxladıqdan sonra durulayın. Kahının içində olan E vitamini sayəsində saçlarınız uzanacaq.
Badam yağı: Apteklərdə olan Bemiks ampulasını badam yağı və sarımsaq yağı ilə qarışdırın. Senna otunu 1 stəkan suda qaynatdıqdan sonra bu qarışıma əlavə edib saçlarınıza masaj edərək sürtün. 20 dəqiqə sonra durulayın. Həftədə 1 dəfə etməklə 1 ayda saçlarınızın tez uzanacağını görəcəksiz.
Alma sirkəsi: 2 stəkan kəklikotu qaynadılır. İçinə rozmari, 2 yemək qaşığı qədər zeytun yağı və 1 çay stəkanı alma sirkəsi əlavə edin. Saçınıza masaj edərək bu qarışımı sürtüb 45 dəqiqə sonra durulayın. Saç köklərini gücləndirib hüceyrələrin canlanmasına kömək edən bu qarışımla saçlarınız uzanacaq.
Turp: 1 turpu rəndələyib qaynayan suya atın. İçinə 3 kahı yarpağı əlavə edin. Qaynamaya başladıqdan sonra ocaqdan götürün. Süzdükdən sonra qalan suyu saçlara sürtülür. Həftədə bir dəfə edin.
Lavanda: Qaynamış suyun içinə lavanda qatın. Dəmləyin. Saçlarınızı yuduqdan sonra son olaraq bu su ilə saçlarınızı durulayın. Həftədə iki dəfə edin.