Saç boyası xərçəng riskini artırır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 434
Səs ver:
(səs: 1)
Saç boyası xərçəng riskini artırır

Amerikalı mütəxəssislər 10 min insan üzərində təcrübə aparıblar

Tərkibində kimyəvi maddələr olan saç boyaları qan xərçəngi riskini artırır. Amerikalı onkoloqlar belə qənaətə gəliblər. Bu məqsədlə keçirilən araşdırmada 4 min limfom (limfa düyünlərinin şişməsi) xəstəsi, 6 min sağlam insan iştirak edib.

Təcrübədə iştirak edən qadınların 74, kişilərin isə 10 faizi ən azı bir dəfə saçlarını kimyəvi boya ilə rəngləyiblər. Araşdırma nəticəsində bəlli olub ki, boyalar qanda xərçəngin əmələ gəlmə riskini 30 faiz artırır. Tədqiqatçılar həmçinin tünd rəngli boyadan istifadə edənlərdə təhlükəli xəstəlik riskinin nisbətən az olduğunu qeyd ediblər.

Ekspertlərin sözlərinə görə, boyanın tərkibi limfa hüceyrələrini və tellərini zədələyir. Nəticədə şiş hüceyrələrinin yığılması yaranır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri