Kəpəkdən xilas olmaq istəyirsiniz?

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 2 659
Səs ver:
(səs: 3)
Kəpək daha çox kişiləri narahat edən problem olsa da, əsas səbəbi dəri quruluğu və ölü dəri hüceyrələri olan bu problemdən əziyyət çəkən qadınların da sayı kifayət qədərdir.

Kəpəyin yaratdığı ən böyük narahatlıq isə ondan xilas olmağın çətinliyi ilə yanaşı, həm də verdiyi psixoloji gərginlikdir. Belə ki, kəpəkdən xilas ola bilməyən insanlar gündəlik həyatda özlərini daim narahat hiss edirlər. Onlar tünd rəngli geyimlərdən imtina etməli olur, daim kəpəyin hiss olunmamasını təmin edəcək tədbirlər fikirləşirlər. Bu da onlarda əlavə gərginliyə və stressə səbəb olur.
Satışda kəpək əleyhinə bir çox şampun və digər vasitələr olsa da, onların çoxu istənilən nəticəni vermir.

Ancaq kəpəkdən xilas olmaq imkansız deyil. Çünki evdə asanlıqla hazırlaya biləcəyiniz kəpək maskasıyla qısa zamanda kəpəksiz və sağlam saçlara qovuşa bilərsiniz. Məsələn, duz maskası bu problemin çözümü ola bilər.

Odur ki, duz maskasının faydalaırnı və tətbiq edilmə üsullarını araşdırıb. Məlum olub ki, duz kristalları təbii skrab kimi təsir edərək dəridəki artıq yağ və ölü dəri hüceyrələrini təmizləyir.
Beləliklə, şampunun dəriyə daha yaxşı nüfuz etməsini və daha effektli olmasını təmin edir.

Ona görə də, kəpək əleyhinə şampunu istifadə etməzdən öncə 3 xörək qaşığı duzla islaq və ya quru saç diblərini masaj edin. 2-3 dəqiqə gözləyib, saçları durulayın, daha sonra isə kəpək əleyhinə olan şampunla saçınızı yuyun.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri