Yayda sağlam və canlı saçlar üçün 8 qızıl tövsiyə

Müəllif: ALESSANDRA
Şərhlər: 11
Baxılıb: 1627
Paylaş:
Səs ver:
(səs: 2)
1. Havalar çox qızmadan saç fenindən istifadəni azaldın
İsinməyə başlayan havalar saçların da daha çox və sürətlə qurumasına, kövrək quruluşa malik olmasına və solğun görünüş qazanmasına səbəb olur. Hava temperaturunun və havadakı nəm nisbətinin artmağa başladığı yayın ilk ayında saçqurutma cihazından mümkün qədər uzaq durulmalı, daha az fendən istifadə etməli və saça itirdiyi nəmliyi qaytarmaq üçün qulluq məqsədli prosedurlar aparılmalıdır.

2. Saç rənginizi qoruyun
Yay ayları ilə birlikdə hovuz və dənizə girmə halları da artır. Xüsusilə təbii olmayan və qoruyucu maddələrin sıxlıqla istifadə olunduğu hovuz suyu saçın kimyəvi tərkibini pozur, rəngini açır və saçlara zərər verir. Hovuzun bu zərərli təsirlərindən qorunmaq üçün yayın əvvəlində saçlara xüsusi qulluq olunmalı, həm saçın sağlamlığı, həm də canlı rəngini saxlaması zəmanət altına alınmalıdır.

3. Qidalanmanıza diqqət edin
Sağlam saçlara sahib olmaq sadəcə müntəzəm qulluq və  kənardan tətbiq olunacaq vasitələrlə mümkün deyil. Canlı, parlaq və gur saçlar üçün nizamlı və sağlam qidalanma da bir o qədər əhəmiyyətlidir. Bunun üçün saçın ehtiyacı olan vitamin, mineral, amin turşusu, protein və yağlarla zəngin qidalara üstünlük verilməlidir.

4. Yuxunuzdan qalmayın
Yuxu bədənin özünü dincəltməsi və gərəkli enerjini yenidən toplaması üçün ən önəmli amillərdən biridir. Nizamlı və bölünməyən yuxu sağlam saçlar üçün də əhəmiyyətlidir.

5. Stressdən uzaq durun
Stress qadınların və kişilərin günümüzdə ən böyük problemlərindən biri olan saç tökülməsinin əsas səbəbləri sırasındadır. Yaz yorğunluğu, yaz depressiyası kimi fərqli səbəblərlə ortaya çıxan stress yay aylarında saç sağlamlığına da mənfi təsir göstərir. Bu səbəblə yaya daha sağlam və canlı saçlarla girmək üçün stressdən uzaq durmanız lazımdır.

6. Şampun seçiminə diqqət
Yaz ayları da daxil olmaqla yay ərzində istifadə olunan şampunları seçərkən daha diqqətli olmaq lazımdır. Saç növləri və quruluşları bir-birindən fərqli olduğu üçün şampun seçimində də saçın rəngini, növünü, keyfiyyətini və təbii strukturunu nəzərə alaraq qərar vermək lazımdır.  Saçlarınızı kənar təsirlərdən qoruyan məhsullara üstünlük verə bilərsiniz. Saç dərisinə güc və canlılıq qazandıran, spesifik anti-DHT, antioksidant və anti-iltihabi təsirlərə malik şampunlardan istifadə etmək tövsiyə edilir.

7. Saçlarınızı yuma zamanını dəyişdirin
Yazda və yayda istifadə etdiyiniz şampun və saça qulluq vasitələrindən daha yüksək səviyyədə fayda əldə etmək üçün saçlarınızı axşam yumaq məsləhətdir. Bu halda saçı günəş işığı, toz, isti hava kimi təsirlərdən qoruyaraq daha az elektriklənməsini təmin edə və daha dalğalı, həcmli, parlaq və canlı saçlara qovuşa bilərsiniz.

8. Yayın əvvəlində saçlarınızı kəsdirin
Saç telləri uzandıqca qırılma, zəifləmə və tutqunlaşma səviyyəsi də artır. Saç tellərindəki qırılmalar və haçalanmalar uclardan başlayaraq ən üst nöqtəyə qədər çata bilir. Bunun üçün ilk əvvəl saç ustasına müraciət edərək qırılan hissələri götürməli, saçlarınızı kəsdirməli və saçınızın uzunluğunu sağlam hissələrə qədər qısaltmalısınız.

loading...
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 1627
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
NERGIZ LOVE
Lazimli xeberdi

Lazimli xeberdi
9 avqust 2015 00:47
11
SENI EBEDI QELBIME YAZDIM///
Offline
ayka
saclarim cok iyi saglam saclara sahib olduugum ucun wansliyam
8 avqust 2015 12:47
10
İntiqam qoxur ruhum
Offline
WiRiN BaLaM
fen saçlara çox ziyan vurur mümükün qədər fendən uzaq durmaq lazımdır .. faydalı məlumatdır tşk)))
8 avqust 2015 00:27
9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Dj_Vampir
Fenden istifad

Fenden istifade edirem ne yazik.Bele de saclarima yeterince qulluq edirem
7 avqust 2015 22:59
8
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
BARBI
Saclarim saglam ve canli olur. Hec bir problem yasamiram
7 avqust 2015 21:33
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Catwoman666
Saçlarımı heç vaxt fenlə qurutmuram. Özü quruyur. Hərdən də bir şampun istifadə edirəm. Yəni hər dəfə yeni şampun növündən.

...666...
7 avqust 2015 21:00
6
Viking
Offline
vipbetul
saclarim saqlamdi canlidi
7 avqust 2015 20:32
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
my_angel
Fendən istifadəni qışda edirəm. Stressdən uzaq olmaq bir az çətindir)
7 avqust 2015 20:29
4
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Narın Yağış
7. Saçlarınızı yuma zamanını dəyişdirin - Hər gün axşam yatanda saçımı yuyuram..
7 avqust 2015 20:08
3
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
Dosta_inam
Calisdiqca bunlara emel edirem, saclarim yaxsidir ancaq biraz quruluq yaranib, tesekkur.
7 avqust 2015 19:22
2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Online
lale.veliyeva19
stress? mənim bundan uzaq durmağım mümkün deyil mənim uzaq olsamda mənnən əl çəkmir fennəndə istifadə etmirəm
7 avqust 2015 19:20
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv