Saçların laminasiyası nə deməkdir?

Müəllif: emis
Şərhlər: 11
Baxılıb: 884
Paylaş:
Səs ver:
(səs: 0)
Müasir gözəllik salonlarının bizə təqdim etdiyi xidmətlər arasında, saçların laminasiyası kim bir xidmət də  vardır.

Laminasiya - saçlara xüsusi tərkibin vurulmasıdır. Nəticədə saçın üzərində,  onu zədələnmələrdən qoruyan nazik plyonka yaranır. B proseduru kağızın laminasiyasına bənzətmək olar, belə ki, kağızın daha davamlı olması, gec cırılması üçün edilən bu prosedur saçlara da eyni qoruyucu effekti verir.

Tərkibində buğda, soya proteini və bioloji aktiv maddələr olan xüsusi məhlul saçlara sürtülür. Bu xüsusi tərkib saçlarda 20 - 30 dəqiqə saxlanılır. Bu müddət ərzində hər bir saç xüsusi plyonka ilə örtülür. Tərkib yuyulduqdan sonra, saçlar sağlam,canlı və parıltılı görkəm alır. Plyonka zədələnmiş saçları örtərərək, qırılmış pulcuqları yapışdırararq, saçların korlanmış strukturunu hamarlaşdırır. Laminasiya üçün istifadə olunana bu tərkib uzun müddət saçların tərkibində qalan xeyirli maddələrlə zəngindir. Yaranan plyonka xeyirli maddələr, vitamin, protein və nəmi qoruyub saxlayır.

Laminasiya proseduru özlüyündü çox effektivdir, lakin o saçların boyanması və  mülaicəsi ilə uyğunlaşdırıla bilər. Belə ki, saçlar boyandıqadan sonra, laminasiya edildikdə rəng uzun müddətli saçlarda qorunub saxlanılır.Buna səbəb odur ki, ilk əvvəl saçlardan laminasiyanın tərkibi , sonradan artıq boya yuyulmağa başlayır.

Bundan əlavə mütəxəssislərin fikrinə görə laminasiya saçlara zahiri həcm verir. Hesablamalara əsasən həcm 10-15% artır. Məhz bu səbəbdən seyrək saçları olan xanımlara bu prosedur xüsusilə məsləhət görülür. Həmçinin saçların laminasiyası - ətraf mühitin çirkli təsiri, yağış, qar və günəş şüalarından qoruya bilir. Ən əsası isə fenin isti havasından.

Bu prosedurun effekti 3-6 ay müddətində saxlanılaraq, tədricən yuyulur. Lakin proseduru yenidən təzələmək üçün onun tam olaraq yuyulmasını gözləməyə ehtiyac yoxdur.

Prosedurun qiymətinə gəldikdə isə, bu prosedur premium klass proseduru sayıldıqdan o qədər də ucuzlu deyil. Təbii ki, qiymət saçların uzunluğundan asılı olaraq dəyişir. Bir neçə salonların qiymətlərinə nəzər salaraq, deyə bilərik ki, prosedur 70 - 100 Azn civarında hesablanır.

Sonda isə demək istərdik ki, laminasiyanın heç bir saç növü üçün əks təsiri yoxdur. İstər qıvrım, istər düz saçla eyni qaydada bu prosedurdan xeyirli maddələri almaqla sağlam və gözəl görkəm alacaqlar. Lakin, səhv salmayın laminasiya saçları düzləşdirmir, sadəcə onlara sağlam görkəm verir. Xüsusilə bu prosedur, zədələnmiş, zəif, quru, boyanmış və kimyəvi burulmuş saçlar üçün məsləhət görülür.

loading...
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 884
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
Saçları daha da parlaq, sağlam və gözəl edirsə, əks təsiri o qədər də çox olmaz zənnimcə.

...666...
24 avqust 2015 15:43
11
Viking
Offline
Menim balam
he men bilirem saçları parıltılı edır, ama şua olur saça.
24 avqust 2015 14:55
10
Offline
vipbetul
bunlarin hamisi kimyevi maddelerdirki saca sac derisine ziyani cox olur
24 avqust 2015 13:17
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
sadecə mən
Maraqlıydı.Saç laminasiyası haqqında heç eşitməmişdim.
24 avqust 2015 12:46
8
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
Dosta_inam
Bele şeylerin xeyri olduğu kimi ziyanı da olar saçlara.tebii masqalar daha münasib olar mence.
24 avqust 2015 09:08
7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Akkuw)
En yaxcisi tebii sac yaqlaridi valla bawqasi yalandi
23 avqust 2015 22:53
6
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Offline
rəmsə
Aaaa maraqlıdır,ilk dəfədir eşitdim laminasiya haqqında.Məncə faydalı bir şeydir.Qiyməti münasib olanda elətdirərik)))
23 avqust 2015 20:02
5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
xeyalperest
bele suni seylere ne lazim bitkilerden maska hazirliyib saclari mudafie eetmek olar
23 avqust 2015 19:50
4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
BARBI
Bele prosedurlardan istifade etmirem saclara cox ziyandir. Her zaman tebii usullar etmisem
23 avqust 2015 19:31
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
aLoNe AnGeL
qiymeti coxdur amma effektivdir yasim azdir mene lazim deyil
23 avqust 2015 19:08
2
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Offline
yarpaq33
Bele prosedurlardan hemiwe cekinmiwem ziyanli oldugunu duwunduyum ucun
Saclaimi daha cox tebii maskalarla canlandirmaga ustunluk verenlerdenem
23 avqust 2015 19:08
1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook