Sağlam saçlar üçün edilməsi lazım olanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 167
Səs ver:
(səs: 3)
Hər qadın saçlarının sağlam olmasını və bu şəkildə uzanmasını istər. Sağlam saçlar üçün edilməsi lazım olanlar arasında ilk öncə hər həftə saçlara uyğun baxımların nizamlı bir şəkildə edilməsi gəlməkdədir. Qadınlar saçlarını davamlı rəngləyərlər və bunun nəticəsində isə qarşımıza qırılmış cansız və sağlam olmayan saçlar çıxar. Qırılmış saçlar üçün nələr edilməli deyə baxdığımızda ilk əvvəl darama şəklimizi dəyişdirməmiz lazım olduğudur. Saçlarınızı darayarkən xüsusilə quru olaraq darayarkən uclardan başlayaraq daramaq lazımdır. Beləliklə saçlarınızın çox qırılmasını önləmiş olacaqsınız. Sağlam saçların pik nöqtələrindən biri də saç seqmentində gizlidir. Saçlarınızı mümkün olduğunca tez-tez və uclarından kəsməyə diqqət göstərin. Saçlarınızı uzadacaqsınız deyə sağlam olmayan uzanmalara səbəb olmayın. Buna görə mümkün ola bildiyincə çox qısa olmamaq şərti ilə davamlı kəsdirin. Beləliklə saçlarınız daha sağlam və qısa müddətdə uzanacaqdır.

Sağlam saçlar üçün təkliflərdən biri də saçlarınıza etdiyiniz baxımlardır. Ən təsirli saç baxımlarını saçlarınıza rahatlıqla tətbiq edə bilərsiniz. Saçlarınızı təbii yağlarla bəsləyib canlılıq qazandıra bilərsiniz. Saçları bəsləyən yağlar arasında saf zeytun yağı və badam yağı, sarımsaq yağı istifadə edə bilərsiniz.. Bitki mənşəli məhsulları bu şəkildə həftədə iki ya da üç dəfə rahatlıqla saçlarınıza tətbiq edə bilərsiniz. Saçlar üçün bitki mənşəli məhlullar sayəsində saçlarınızın tökülməsinin də qarşısını almış olacaqsınız. Xüsusilə sarımsaq yağı saç tökülməsinə qarşı yaxşı gələn bitkilər arasında iştirak etməkdədir. Bu şəkildə saçlarınızın sağlam qalmasını və bunun da hər zaman davam etməsini təmin edə bilərsiniz. Unutmayın ki bədənimizin hər bir nöqtəsi sizlər üçün çox əhəmiyyətlidir , lakin qadınlar üçün sağlam və parlaq saçlar hər zaman çox daha əhəmiyyətli olmuşdur.

Saç baxım yağı olaraq daha əvvəl də söylədiyim kimi zeytun yağı, sarımsaq və badam yağını qarışdıraraq və içinə bir az da yumurta qataraq rahat bir şəkildə saçlarınıza masaj edərək çəkə bilərsiniz. Mümkün olduğu qədər bu qarışığı saçlarınızda uzun müddət saxlamağa çalışın. Həftədə nizamlı bir şəkildə tətbiq etsəniz saçlarınızdakı dəyişikliyi hiss edəcəksiniz. Bu şəkildə sadə və təbii qarışıqlarla saçlarınıza ən təsirli baxımı etmiş olarsınız. Digər kimyəviləri mümkün olduğu qədər saçlarınıza çəkməməyəyə diqqət edin.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 4 167
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri