Saç detoksu ilə daha gənc və gözəl görünün!

Müəllif: emis
Şərhlər: 7
Baxılıb: 3 759
Səs ver:
(səs: 1)
Saç dərisini təmiz saxla
Normal saç dərisinə sahib olanlar saçlaırnı həftədə 2 dəfə, yağlı saç tipinə sahib olanalr isə hər gün yuya bilərlər. Düzdür bəzi mütəxəssislər saçları tez-tez və şampunla yumağın onları korladığını bildirirlər. Ancaq unutmayın ki, eynilə üz dərisi kimi saç dərisi də bir müddət sonra yağ, çirk və müxtəlif kimyəvi maddələri toplayır. Bu çirk təbəqəsi saçların tökülməsinə səbəb olur.
Ona görə də, tərkibində "selenyum sulfat” və ya "salisilik” olan şampunlardan istifadə edin.

Saçlarını qurutma
Saçları saç feni ilə qurutmaq ən böyük yanlışdır. Əgər sağlam saç arzulayırsınızsa, saç fenindən istifadə etməyin

Həftədə bir dəfə xüsusi baxım
Həftəsonları özümüzə daha çox vaxt ayıra bilirik. Deməli, həftədə bir dəfə saçlara xüsusi qulluq edə bilərik. Bunun üçün saç tipinizə uyğun saç maskalaırndan və yağlardan sitifadə edə bilərsiniz.

Saçlarını boyatma
Saçları tez-tez boyatmaq oların sağlam görünməsinə mane olur. Rənglənmiş saçlar daha solğun  görünür. Bunun qarşısını almaq üçün bir müddət saçlaırnı boyatmaqdan vaz keç. Saçlarının sağlamlığını daim qorumaq istəyirsənsə, onları boyadarkən təbii rəng tonuna yaxın çalarlar seç. Beləliklə, saçların daha az zədələnəcək.
Təbii vasitələrdən istifadə et:

1.Soda
Soda saçları şampun, maska və digər məhsulların tərkiblərində olan kimyəvi maddələrdən təmizləyir. Bunun üçün 1 xörək qaşığı sodanı şampunla qarışdırıb təmiz saça çək. Saç diblərini masaj et. Daha sonra ilıq su ilə yu.

2.Zeytun yağı
Zeytun yağı saçı günəşin və saç feninin mənfi təsirindən qoruyur. 1 xörək qaşığı yağı bir az qızdır. Sonra barmaqlarınla saçın zədələnmiş, quru hissələrinə çək. 20 dəqiqə gözləyib ilıq su ilə saçlarını yu. Saçlarını təmizləyərkən şampundan istifadə edə bilərsən.

3.Yumurta
Yumurta saçları gücləndirir və həc verir. Saçların yumşalmasını təmin edir.
Bir ədəd yumurtanı bir az şampunla qarışdırıb saçlarına çək. 5 dəqiqə gözlədikdən sonra saçlarını durula.

4.Alma sirkəsi
Alma sirkəsi saçları parıldadır. 2 xörək qaşığı sirkəni bir stəkan su ilə qarışdır. Saçlaırnı şampunla yuduqdan sonra sirkəli su ilə masaj et. 1 dəqiqə gözləyib durula.

5.Çay ağacı yağı
Çay ağacı yağı saç dibində meydana gələ biləcək bakteriyaları məhv edir və kəpəyin qarşısını alır. Daim istifadə etdiyin şampunun içərisinə 4-5 damcı çay ağacı yağı tök. Bu qarışığı saç dərisinə çəkib masaj et. 5­6 dəqiqə saxlayıb yu.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri