Düyü suyu ilə möhtəşəm saçlara qovuşmaq xəyal deyil

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 1767
Paylaş:
Səs ver:
(səs: 3)
Yüz illərdir ki, asiyalı qadınlar düyüdən gözəllik iksiri kimi istifadə edirlər. Xüsusilə də, Çin və Yapon qadınları düyünü gözəllik proseduralarının vazkeçilməzi sayırlar. Məsələn, Çinin Huanqluo adlı kəndində yaşayan qadınlar 1 metr 80 santimetrə çatan saçları ilə "Ginnesin rekordlar kitabı”na düşüb. 80 yaşına çatana kimi saçları ağarmayan həmin qadınların uzun və sağlam saçlarının sirrinin isə düyü ilə bağlı olduğu deyilir.

Bəs, düyünün saçlara təsiri nədən ibarətdir?

Düyü suyu
Düyüdən əldən edilən suda B1, C və E vitaminləri olur. Düyü suyu mineral baxımından da zəngindir. Saçı ətraf mühitin mənfi təsirindən qoruyur, elastiklik verərək qırılmasının, elektriklənməsinin qarşısını alır. Tərkibindəki "inositol” adlı maddə saçqıranları yox edir, saçı bərpa edir. Üstəlik, düyü suyu ilə yuyulan saçda durulansa belə, inositol ilişib qalır və uzun müddət təsirini qoruyur.

Düyü suyunu necə hazırlamalı və ondan necə istifadə etməli?

Düyü suyunun tərkibi:
½ stəkan düyü (istənilən düyü növü ola bilər)
2 stəkan su

Hazırlanması:
Əvvəlcə, düyünü yaxşıca yuyun. Daha sonra düyünü arada qarışdırmaq şərti ilə 1 saat suda saxlayın.Düyü yumuşaldıqdan sonra qaşıqla əzərək püre halına salın. Həmin düyünü incə telli ələkdən keçirib otaq temperaturunda 24 saat saxlayın. Vaxtın tamamında düyünü qarışdırıb istifadə edə bilərsiniz.

Unutmayın ki, düyü suyunu soyuducuda 5 gün mühafizə edə bilərsiniz. Ondan sonra yenidən düyü suyu hazırlamalısınız.

İndi isə keçək istifadə qaydasına. Saçınızı şampunlayıb yuyun. Düyü suyunu başınıza töküb masaj edin. 4-5 dəqiqə gözləyib ilıq su ilə durulayın.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1767
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv