Saçlara işgəncə vermək artıq dəb deyil

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 1663
Paylaş:
Səs ver:
(səs: 2)
Payız-qış aylarında səliqəli daranmış, hamar, yaxud da buruq saçları unudun getsin. Artıq böyük səy göstərib saçları düzləşdirməyə, yaxud da burmağa ehtiyac qalmadı. Çünki saç lentləri dağınıq saçlara onsuz da bəzək verir. Unutmamısınızsa, "Chanel”, "Fendi”, "Gucci”, "Dolce & Gabbana” kimi moda evləri payız-qış kolleksiyalarında saç lentlərindən çox istifadə etmişdilər.

Moda həftələri çərçivəsində ənənəvi olaraq "Chanel” və "Fendi”nin modellərinin stilist Sem Maknaytın sözlərinə görə, mövsümün əsas trendi maksimum təbii görünən saçlardır. O, "İndi həddindən artıq dəbdəbəli saçlar heç kimə lazım deyil. Bilərəkdən düşünülmüş dağınıqlıq təbii obrazı tamamlalıdır. "Chanel” moda evinin nümayişində də modellərin görünüşünü maksimum yumşaltmağa çalışıram" - deyib.

Yaxşı effektə nail olmaq üçün o, maestro modellərin obrazını saç lentləri ilə tamamlayıb. O, açıqlamasında bildirib ki, saç lentlərinin daha bir incəliyi var. Onlar saçlarda bir qədər saymazyana dayanmalıdır.

"Fendi” üçün saç ustası başqa bir üsul fikirləşmişdi. Belə ki saçları arxada toppuz şəklində toplayaraq saç lentinə bərkidib. Onun sözlərinə görə, obrazın təbii alınması çox vacibdir. Ona görə də həmin saç düzümü üçün nə saçları fenləmək, nə də balzamdan istifadə etmək lazımdır. Lakin yığımın gün ərzində dağılmaması üçün saç lakından istifadə etmək olar. Üstəlik, bu cür saç düzümdə xanımlar çox cazibəli görünürlər.
Yeri gəlmişkən, qeyd edək ki, saç aksessuarları ağ, qara və qəhvəyi dəridən hazırlanıb. Həmin saç lentlərini Karl Lagerfeld hər bir model üçün şəxsən özü seçib.

Digər bir istedadlı sənətkar Pol Xenlon isə "Gucci”nin şousu üçün saç düzümündə maksimum sadə üsuldan istifadə edib. O, nümayiş ərəfəsində modellərə saçlarını yuyub yaş halda yatmağı tapşırıb. Bunun sayəsində 70-cı illərin bohem ruhunu ifadə edən etinasız dalğalar alınıb. Pol "Mən bu nümayişdə sadəcə onu göstərmək istəyirdim ki, saçlara işgəncə vermədən də təbii obraz yaratmaq mümkündür” – deyə, etiraf edib.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1663
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv