Dəb tendensiyaları bu payız xanımlar üçün bir neçə saç düzümləri təklif edirlər. Həmin saç düzümlərinin əsas ideyası zəriflik və romantiklikdir.
Bu payız həm uzun, həm də qısa saçlar eyni dərəcədə dəbdədir. Ona görə də öz zövqünüzə uyğun saç düzümü seçməkdə çətinlik çəkməyəcəksiniz.
Yan tərəfə atılmış uzun saçlar payız aylarının əsas trendidir!
Heç kimə sirr deyil ki, ötən illərin dəbi yenidən qayıdır. Məsələn, 70-ci illərin yana tökülmüş saç dəbi bu mövsüm yenidən gündəmdədir. Bu saç düzümü retro üslubunu mükəmməl şəkildə tamamlayacaq.
Bob saçlar
Bob - orta uzunluqda, üstəgəl, dalğalı təsir bağışlayan saçlar bu il də dəbdə olacaq. Cessika Alba bu mənada sizə yaxşı nümunə ola bilər. Bob saçları dalğalı etmək sizin ən çox 10 dəqiqənizi alacaq.
Uzun kəkillər
2000-ci illərdə bir çox Hollivud ulduzlarının üstünlük verdiyi uzun kəkillər yenə dəbdədir. Yayı arxada qoyduğumuz üçün bu saçlarla gəzmək sizə narahatlıq yaratmayacaq.
Dağınıq toppuz
Arxada toplanmış dağınıq toppuz həm işgüzar, həm də gündəlik tərz üçün idealdır. Əgər işdən sonra qonaqlığa getməyi planlaşdırırsınızsa, həmin saç düzümünə aksessuarla bəzək vurun.