Gözəl saçların sirri evinizdə

Müəllif: Menim balam
Şərhlər: 3
Baxılıb: 8 368
Səs ver:
(səs: 6)
Saçlarınızın gözqamaşdırıcı parıltıya sahib olmasını istəyirsinizsə əvvəlcə saç tipinizi tanımalısınız. Ancaq bundan sonra saçlara qulluq etmək məqsədəuyğundur. Normal və sağlam saçlardan başqa üç saç növü var: İncə və tez qırılan narın saçlar, Yağlı saçlar, Quru saçlar.

Saç baxımında mətbəxinizdəki məhsullardan istifadə edin

Parlaq saçlar üçün:
Saçınızın parıldaması üçün tez tez su ilə yuyun.

Şəvə kimi qara saçlar üçün:
Saçınızın ağarmasını gecikdirmək və gücləndirmək üçün:
– Bir ovuc sarmaşıq yarpağını 1 litr suda 10 dəqiqə qaynadın. Saçınızı şampunla yuduqdan sonra bu su ilə durulayın.

Saçınızın refle olunmuş kimi görünməsini istəyirsinizsə:
– Sarmaşıq yarpaqlarını qaynatdığınız suya bir dəstə cəfəri töküb qaynadın və saçlarınızı bu su ilə durulayın.

Saçınızın kəpəkdən təmizlənməsini istəyirsinizsə:
– Kərəvizi suda qaynadın və saçınızı bu su ilə yuyun.

Güclü və parlayan saçlar üçün:
– Saçınızı zeytun yağı ilə darayın və yağın saçınızın dibinə işləməsi üçün başınızı dəsmalla sarıyıb bir iki saat gözləyin. Sonra saçınızı şampunla yuyun.

Saçınızın dibindəki qaşınma və quruluğun qarşısını alın:
– Saçınızı alma sirkəsi ilə yuyu, 10 dəqiqə gözləyin və durulayın. Həm qaşınmanın, həm də saç dibindəki quruluğun qarşısının alındığının şahidi olacaqsınız.

Saçlarınızın asan daranması və elektriklənməməsi üçün:
– Spreyli bir şüşənin içərisinə çox az saç kremi və bir az su əlavə edin. Qarışdırdıqdan sonra mayeni spreylə saçınıza
püskürdün. Saçınız asan  daranacaq və elektriklənməyəcək.

Kəpəksiz və parlaq saçlar üçün:
Yarım su stəkanı suya bir qaşıq bal qarışdırın və saçlarınızın dibini bu su ilə barmaqlarınızla massaj edin. Massaj  qurtardıqdan sonra saçınızı təmiz su ilə durulayın.

Canlı görünüşlü saçlar üçün:
Hər gün yatmamışdan əvvəl saçınızı yumşaq saç fırçası ilə darayın. Beləliklə, saçınıza gün ərzində yapışan tozları təmizləyər və saçlarınızı canlandırarsınız.

Hər şeyə rağmən saçınız mat və sərt görünürsə:
– Parlaq görünüşlü saçlar üçün: 1 yumurtanın sarısı ilə 2 qaşıq zeytun yağını qarışdırın. Qarışığı saçınızın dibinə sürtərək saç diblərini masaj edin. 10 dəqiqə gözləyin və saçınızı şampunla yuyun.
Saçınızın parlaq və sağlam görünüşə sahib olduğunun şahidi olacaqsınız.

Mükəmməl təmizlik və parlaq görünüşlü saçlar üçün:
Saçınızı şampunla yuduqdan sonra bir su stəkanı limon suyu, yaxud da şirəsini saçınıza tökün və saçınızı massaj edin. Ardından saçınızı durulayın. Sonra saçınıza saç kremi sürtün və saçınızı yuyun. Beləliklə saçınızdakı kir
qalıqlarından tamamilə qurtarmış olursunuz. Saçınız canlı parlaqlığa qovuşar. Ancaq bu üsulu 2 həədən tez etməyin.

Saç tökülməsinin qarşısını  almaq üçün:
1 çay qaşığı kəklikotu yağı, 1 çay qaşığı zeytunyağı, bir çay qaşığı gənəgərçək yağı, 1 çay qaşığı quru mayanı qarışdırıb
saçlarınıza sürtün. Streç filmlə saçlarınızı sarıyın. 2 saat gözlədikdən sonra saçınızı yuyun.

Saç kəpəyindən qurtulmaq üçün:
1 su stəkanı mineral suyu, 1 yemək qaşğı alma sirkəsi, 1 yemək qaşığı polen tozu, 1 çay qaşığı dəniz duzunu qarışdırıb saçınıza sürtün və 1 saat gözləyin, sonra saçlarınızı yuyun.
(səs: 6)
Şərhlər: 3
Baxılıb: 8 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri