Bir ayda 20 sm saç uzatma üsulları

Müəllif: Fialka
Şərhlər: 11
Baxılıb: 5 272
Səs ver:
(səs: 9)
Uzun, gur və baxımlı saçlara sahib olmaq istəyirsinizmi? Məqaləmizdə ayda 10-20 sm arası saç uzatma imkanı verən məsləhətlərə yer verdik.

Meyvə-tərəvəz, ət və balıq kimi qidaları bol-bol istifadə edin.

Sağlam qidalanma tez uzanan və güclü saçlar deməkdir. Qida orqanizminizi bəsləyər və saçınız da bu orqanizmin bir parçası olduğu üçün onlar saçınızı da qidalandırır.

Zülal
Saçlar zülaldan təşkil olunduğu üçün gündəlik qidalanmanızda yetərli miqdarda zülal almağınız lazımdır. Toyuq, hinduşka, balıq, paxlalı məhsullar, yağsız ət və çərəz ideal zülal mənbəyidir. Bu qidalar sağlam keratin istehsalına kömək edərək saç sağlamlığında böyük rol oynayır.

Kifayət qədər C vitamini qəbul edin.
C vitamini azlığı saçları zəiflədir, matlaşdırır və asanlıqla qırılmasına səbəb olur. Bu vitamin yaşlanma əlamətləri ilə savaşan mükəmməl bir antioksidantdır. Vücudumuzda C vitamini saç böyüməsində çox təsirli Kollagen istehsalında istifadə olunur. Yemiş, sitrus bitkiləri, brokkoli, bibər və ispanaq C vitaminli qidalar arasında yer alır. Yuxarı yaş adamların günlük C vitamini ehtiyacı 75-90 mq arasıdır.

Təbii üsullar
Saçlarınızı sürətli uzatmaq üçün təbii üsullardan istifadə edə bilərsiniz.
Birinci üsul: Aloe vera suyunu balla qarışdırıb saç dərinizə tətbiq edin. 20 dəqiqə sonra saçınızı hər zaman yuduğunuz kimi yuyub qurulayın.
İkinci üsul: Bir xörək qaşığı zeytun yağı ilə bir pomidoru blenderdən keçirin, bir az isidib baş dərinizə sürtün. Bu qarışığa aloye vera da əlavə edə bilərsiniz.
Üçüncü üsul: Dərman rozmarini (biberiye) suyu ilə saçınızı yuyun. Rozmarin şampunu istifadə edə bilərsiniz.

Biotin istifadə edin.
Saç uzanmasında ən təsirli vitaminlərdən bir də biotindir. Həkiminizlə məsləhətləşib hər gün biotin həblərindən istifadə edə bilərsiniz.

Kofein, spirtli içki və siqaretdən uzaq olun.
Onlar saçınızın uzanmasının qarşısını alır. Siqaret baş dərisinə gedən qan dövranını azaldır, saçların matlaşmasına və tez qırılmasına səbəb olur. İçki qara ciyərlərə mənfi təsir göstərir, qidaların sorulmasını əngəlləyir. A və B vitaminləri kimi bəzi lazımlı qidalar olmadan saç zəifləyir, matlaşır və hətta tökülməyə başlaya bilər. Kofein susuzlaşdırmaya yol açar və vücudunuz susuz qaldığından dəri və saç sağlamlığınız da bundan təsirlənər. Əgər qəhvə alışqanlığınızı tərk edə bilmirsinizsə, bol su içərək susuzlaşmanın qarşısını almağa çalışın.

Su
Çox isti su saçınıza zərər verib qırılmasına və cansızlaşmasına səbəb olur. Saçlarınızı parlaq və sağlam saxlamaq üçün saçınızı soyuq su ilə yuyun. Fen istifadəsini ən aza endirin. Bunlar saçınız üçün çox ziyanlıdır və tez-tez istifadə edilməməlidir. Su için. Su içmək sağlam saç və saç dərisi üçün çox əhəmiyyətlidir. Kifayət qədər su istifadə etmədiyiniz zaman dərinizdə və saçlarınızda qurumalar başlayar. Gündə təqribən 2 litr su için.

Sürətli saç uzadan maska
2 yumurta
1 çay qaşığı darçın
1 çay qaşığı xardal
2 xörək qaşığı zeytun yağı

İstəsəniz, üzərinə bir az süd və bal da əlavə etmək olar. Saçınız qısa və seyrəkdirsə, bunların yarısı kifayət edəcəkdir. Bir qabda yaxşıca qarışdırıb barmaq uclarınızla saç dilərinə masaj edərək maskanı sürtün. Yarım saat saxladıqdan sonra yuyub qurulayın.
(səs: 9)
Şərhlər: 11
Baxılıb: 5 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri