Saçlarınızın tez uzanmasını istəyirsinizsə...

Müəllif: my_angel
Şərhlər: 10
Baxılıb: 10 266
Səs ver:
(səs: 3)
Saç inkişafının keyfiyyəti, uzanma müddəti və miqdarı hər bir kəsin qidalanması ilə yaxından əlaqədardır. Sağlam uzanan saçlar üçün zülal, mineral və vitaminə ehtiyac var. Sağlam qidalanma və saça birbaşa tətbiq olunacaq təbii qidalar sayəsində saçlar sürətlə uzanacaq.

Saç diblərindən çıxan sağlam saçlara qulluq edilməzsə, uzandıqca sağlamlığını itirir. Kosmetik vasitələrlə edilən qulluq isə saçları korlayır və qopmasına səbəb olur. Buna görə də saçınıza qulluğu təbii qidalarla etmənizdə fayda var. Qadınlar.Biz saçları sürətlə uzadan qidalar haqqında məlumatları bir yerə toplayıb. Saçların sürətlə uzanması üçün tətbiq edə biləcəyiniz baxım-müalicə üsullarını təqdim edirik.

1-ci ÜSUL. Ləvazimatlar: Badam yağı, dəfnə yarpağı, sarımsaq yağı, bemiks ampulu
Hazırlanması: Apteklərdə asanlıqla tapılan bemiks ampulu, badam yağı və sarımsaq yağını qarışdırın. 1 stəkan suda dəfnə yarpağını qaynadın və həmin suyu əvvəlki qarışığa əlavə edin. Hazırlanan qarışığı masajla saçlarınıza sürtün. 20 dəqiqə saxlayın. Həftədə bir dəfə bu cür müalicə etsəniz, saçlarınız sürətlə uzanacaq.

2-ci ÜSUL. Ləvazimatlar: 2 çay qaşığı adaçayı yağı, 2 xörək qaşığı zeytun yağı
Hazırlanması: İki məhsulu bir qabda yaxşıca qarışdırın. Qarışığı maska kimi saçlarınıza sürtün. 20 dəqiqə sonra saçlarınızı ilıq su ilə yuyun. Bu qarışığı həftədə iki dəfə tətbiq edə bilərsiniz.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 10 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri