Cansız saçlara yay sonrası baxım təklifləri

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 037
Səs ver:
(səs: 3)
Günəş, dəniz, qum, hovuz… Saçlarımızın düşmənlərinin adını əzbərdən bilirik, amma verdikləri zərərə maneə törətmək üçün çox da səy sərf etmirik. Mövsüm dəyişib, yarpaqlar düşməyə başladığında ağılımızı başımıza alırıq, saçlarımızı sağlam görünüşünə qovuşdurmaq üçün nə etməmiz lazım olduğunu qara-qara düşünürük. Saçlarınızın xəyal etdiyiniz kimi baxımlı və sağlam ola bilməsi üçün Xanım. net saytının fərqli tövsiyələri var.
Baxımsız saçları özünə gətirmə üsulları!

Qırıqlardan bir an əvvəl xilas olun!
Uzun saçlarınızı saga-sola eləməkdən nə qədər xoşlandığınızı bilirik, ayrıca onlarla vidalaşmanın nə qədər çətin olduğunu da… Amma bunu unutmayın ki, saçınızın ucundakı qırıqlardan xilas olmaq, cansız saçlarınızı özünə gətirəcək ən əhəmiyyətli həll yoludur!

Saç ucların qırılmağa başladığı andan etibarən bu proses dayanmadan davam edər və qırılma saç diblərinizə doğru yol alar. Tövsiyəmiz yay sonrası yaranan qırıqlarınızla bir an əvvəl vidalaşmanız və payızı sağlam saçlarla qarşılamanızdır!

Duş almağ sıxlığınızı azaldın!
Yay istisində hər gün, hətta bəzən də gündə bir neçə dəfə duş qəbul edirik. Biz sərinləyirik, amma bundan ən çox zərər görən çox təəssüf ki, saçlarımız olur. Sıx duş qəbul etməklə saç dərimizin ifraz etdiyi yağın saçda qalmasına icazə vermirik. Buna görə də saç, öz tarazlığını təmin etmək üçün daha çox yağ ifraz etməyə çalışır, bu da problemlərə səbəb olur.

Yay fəslindən sonra saçlarınızın özünə gəlməsi üçün duş qəbul etmə arasındakı müddəti mütləq artırın. İlk başlarda həddindən artıq yağlanmadan şikayət edə bilərsiniz, çünki saç təbii tarazlığını tapmaq üçün daha çox yağ ifraz edəcək. Lakin yuma sıxlığını azaltdığınızda saçınızın qısa müddət içində daha parlaq və baxımlı göründüyünə şahid olacaqsınız.

Maskalar tətbiq edin!
Günəş şüaları saçlarınızdakı zülallara zərər verər. Bu zərəri aradan qaldırmaq üçün zülal və keratin təşkil edən baxım məhsulları istifadə etməyiniz lazımdır. Həftədə ən az bir dəfə edəcəyiniz baxımla günəşin verəcəyi zərərləri ortadan qaldıra bilərsiniz.

Maska sayəsində köhnəlmiş saç telləriniz dibdən bərpa olunacaq və saçınız güc qazanacaq. Maskanı özünüz evdə tətbiq edə bilər, ya da daha dərin bir təsir üçün salonda təbiq edə bilərsiniz.

Fırça yerinə daraq istifadə edin!
Saçınızı açmaq üçün daraq yerinə fırça ( şotka) istifadə edirsinizsə saçlar yaşikən fırçalamağa diqqət edin. Günəş, dəniz, hovuz kimi faktorlarla zəifləyən saçlarınız fırça üzündən daha asan qırılar və daha baxımsız bir hal alar. Bunun üçün təklif edə biləcəyimiz ən asan həll, saçınızı geniş dişli bir daraqla daramanızdır.

Yediklərinizə diqqət edin!
Saçlarınızın parlaq görünməsini təmin etmək üçün istehlak etdiyiniz qidalara diqqət edin. Bol su və ya  təzə meyvə şirəsi için. Qan istehsalını qüvvətləndirən quru badam, böyürtkən və sink qaynağı olan somon balığı saçınızın sağlam, parlaq və gözəl görünməsini təmin edər.

Saç baxım yağlarını kəşf edin!
Saç baxım yağları ilə saça ehtiyacı olan parlaqlığı və canlılığı hər an, hər yerdə verə bilməyiniz mümkündür. Tərkibində argan olan bu yağlar, saçları bəsləyib qulluq etdiyi üçün möcüzə olaraq adlandırılır.

Canlılığını itirmiş, "baxım istəyirəm” deyə qışqıran saçlarınızı hər duşdan sonra saç baxım yağlarıyla şişirdərək ona layiq olduğu diqqəti göstərməlisiniz.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri