Saçlarınız qışa hazırdırmı?

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 4 266
Səs ver:
(səs: 2)
Qış yaxınlaşdıqca hazırlıq işləri də yekunlaşır. Kimi qış üçün qarderobuna yeni geyimlər, aksessuarlar əlavə edir, kimi də qış  trendlərinə uyğun kosmetik vasitələr alır, kimisi də saçlarının rəngini dəyişir.

"Bronde” saç
Yayın ən sevilən trendi sayılan "Bronde” saç rəngi qışda da öz aktuallığını qoruyacaq. Qəhvəyi ilə sarının qarışıq çaları olan bu rəng buğdayı dəri rənginə sahib olanlara çox yaraşır. Ağ dərili xanımlar bu saç rənginə qəti müraciət etməsinlər.

Sarı
Mövsümün ən dəbli saç rəngi sarı olacaq. Təbii sarışınlar saçların arasına qızılı balyaj etdirə bilərlər. Əgər saçlarınız qaradırsa, sarıya boyamayın. Bunun əvəzinə sizə daha uyğun saç rənglərinə müraciət edin.

Bal rəngi
Mövsümün diqqətçəkici saç çalarlarından biri də baldır. Bu rəngi tək istifadə etməklə yanaşı, saçların arasına parlaq platin rəngli balyaj da etdirmək olar.

Mis və şabalıd
Misə çalan şabalıdı rəng qış fəslinin digər trendidir. Dəb ilahəsi Rihanna sayəsində məşhurlaşan bu rəng çox qulluq tələb etdiyi üçün istifadəçisi azdır.

Şampan çalarları
Şampan rəngi də bu il olduqca populyardır. Ancaq daha iddialı görünmək istəyənlər "strawberry blonde” adlandırılan, içində xəfif qırmızılıq olan rəngi də seçə bilərlər. İstəsəniz, darçın rənginə də müraciət edə bilərsiniz.

Təbii torpaq çalarları
Saçlarının təbii çalarlarda olmasını istəyənlər isə 2016-cı ildə qəhvəyi və qara rənglərin dəbdə olacağını nəzərə alaraq daha tünd çalarlara üstünlük verə bilərlər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri