Düyü suyu ilə parlaq və uzun saçlara qovuşmaq xəyal deyil

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 922
Səs ver:
(səs: 3)
Düyü suyu
Düyüdən əldən edilən suda B1, C və E vitaminləri olur. Düyü suyu mineral baxımından da zəngindir. Saçı ətraf mühitin mənfi təsirindən qoruyur, elastiklik verərək qırılmasının, elektriklənməsinin qarşısını alır. Tərkibindəki "inositol” adlı maddə saçqıranları yox edir, saçı bərpa edir. Üstəlik, düyü suyu ilə yuyulan saçda durulansa belə, inositol ilişib qalır və uzun müddət təsirini qoruyur.

Düyü suyunu necə hazırlamalı və ondan necə istifadə etməli?
Düyü suyunun tərkibi:
½ stəkan düyü (istənilən düyü növü ola bilər)
2 stəkan su

Hazırlanması:
Əvvəlcə, düyünü yaxşıca yuyun. Daha sonra düyünü arada qarışdırmaq şərti ilə 1 saat suda saxlayın.Düyü yumuşaldıqdan sonra qaşıqla əzərək püre halına salın. Həmin düyünü incə telli ələkdən keçirib otaq temperaturunda 24 saat saxlayın. Vaxtın tamamında düyünü qarışdırıb istifadə edə bilərsiniz.

Unutmayın ki, düyü suyunu soyuducuda 5 gün mühafizə edə bilərsiniz. Ondan sonra yenidən düyü suyu hazırlamalısınız.

İndi isə keçək istifadə qaydasına. Saçınızı şampunlayıb yuyun. Düyü suyunu başınıza töküb masaj edin. 4-5 dəqiqə gözləyib ilıq su ilə durulayın.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri