Kül rəngi saçlara sahib olmaq üçün təsirli formul!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 6 964
Səs ver:
(səs: 5)
Xanımlar, bəzən saçınızı boyayıb istədiyiniz nəticəylə qarşılaşmırsınız? O zaman sizə bəzi rənglərin tonlaşması haqqında məsləhətlər bizdən!

Kül rəngi saçlar hər zaman dəbdədir. Xüsusilə də Payız-Qış mövsümündə bir çox xanım bu rəngi saçlarında tətbiq etməyə can atır. Ancaq bəzən vurduğumuz saç boyasından bu rəngin tonunu ala bilmirik.

Kül rəngini alındırmaq üçün rəng:
İvola saç boyasının 6.01 nömrəli rəngini bütövlüklə qaba sıxırıq və içərisinə barmağımızın ucu qədər İvola saç boyasının 90 nömrəli rəngindən qatırıq. Bu iki boyanı elə qatmalıyıq ki, boyanın ilkin görüntüsü çox yaşıl olmasın. Başın arxa hissəsindən başlayaraq saçları nazik ayırıb, alınan qatqı ilə saçları boyayıb, 30 dəqiqə gözləyib yumalıyıq. Verdiyimiz formulla əminik ki, siz də istədiyiniz nəticəni alacaqsınız.

Sonda qeyd edək ki, bu ton rənglər yalnız sarı saçlardan alınır. Əgər saçlarınız qaradırsa, mütləq saç rəngini açıb sonra tonlaşdırın. Əks halda kül rəngi saçların sahibi ola bilməzsiniz.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 6 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri