2015-2016 payız-pış saç trendləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 533
Səs ver:
(səs: 5)
2015-2016 Payız-Qış mövsümündə hansı saç modellərinin dəbdə olacağını bilmək istəyirsinizsə, onda yazımızı oxumağa davam edin.
İlin sonuna yaxınlaşdıqca avanqard tərz yerini sadəliyə və təbiiliyə buraxmağa başlayır. Fərqli və qeyri-adi rənglər isə qismən sıradan çıxır.

Bu dəfə dəbdə topuzlar, dalğalar, hörüklər və təbii görünüşlü modellərdir. Hörüklər yeni sezonda da iddialı formalarla qarşımıza çıxdı. Qaşlı saç aksesuarları izə yerini dəri saç aksesuarlarına verməyə başlayır. At quyruğu və sadə topuzlar isə mövsümün ən dəbdə olan saç modelləri olacaq kimi görünür. Təbii dağınıq saçlarla yeni trend sadəlikdən ibarətdir. Həm gündəlik həyatda, həm də dəvətdə sadə dalğalar və ya səliqəli toplanmış at quyruğu saç düzümləri ilə bütün diqqətləri üzərinizə çəkə bilərsiniz.

Saç kəsimlərində isə qısa saçlar öz sözünü deməyə davam edir. Çənə səviyyəsində kəsilmiş küt qısa saçların bu payız-qış sezonunda da dəbdə olacağı gözlənilir. Təbii tonda olan qısa saçların uclarında edilən fərqli rəng tonları da saç modellərinə hərəkətlilik qatacaq kimi görünür. Qısa kəsimlərin uclarında edilən bu işıltılar yəqin ki, bir çox xanımın zövqünü oxşamağı bacaracaq.

Saç rənglərində isə qəhvəyi rəngin müxtəlif tonları şaftalı tonları ilə yarışacaq. Sarı rənglərdə isə solğun tonlar öz yerini isti tonlara verməyə başlayacaq. Qızıl payız deyəsən öz tonlarını bu il saçlara əks etdirmək fikrindədir. Qızılı-isti tonlar, karamel-sarı bu il ən populyar olacaq rənglər arasında görünür.  

Dəri tonu açıq rəng olan xanımlar isə seçimlərini rahatlıqla darçın tonlarından yana edə bilər. Hər dəri tonuna uyğun gələn şokolad və qəhvə tonları da ən çox bəyəniləcək seçimlər arasında görünür.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 4 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri