Qəhvə ilə saç maskası - Saçların tökülməsinə son!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 388
Səs ver:
(səs: 3)
Almaniya alimləri araşdırmalar nəticəsində maraqlı nəticələrə gəliblər.
Adi qəhvə saçların uzanmasını sürətləndirir və saçların tökülməsini 20% qədər azaldır. Bunun səbəbi qəhvənin tərkibində olan "kofein” məddəsidir. Bu maddə saçlara çox müsbət təsir edir, onlara əlavə enerji verir.
Bu məqsədlə qəhvə ekstraktı əsasında şampunlardan və maskalardan istifadə etmək olar.

Ev şəraitində də qəhvə əsasında maskalar hazırlamaq olar.
1 xörək qaşığı üyüdülmuş qəhvə az miqdarda qaynar suda dəmlənilir, üzərinə 1 yumurtanın sarısı, 1 çay qaşığı gənəgərçək yağı əlavə olunur və yaxşı qarışdırılır. Maska baş dərisinə çəkilir. Saçlarınızı sellofanla və sonra dəsmalla örtün. 1 saatdan sonra saçlarınızı yaxşı yuyun. Belə maskanı həftədə 2 dəfə etmək lazımdır. Az bir müddətdən sonra saçlarınızın vəziyyəti yaxşılaşacaq.

1 xörək qaşığı üyüdülmüş qəhvənin üzərinə isti süd əlavə edin. Üzərinə 1 çay qaşığı bal və 1 çay qaşığı ayıpəncəsi yağı əlavə edib yaxşı qarışdırın. Maskanı baş dərisinə çəkin və 1 saatdan sonra yaxşı yuyun.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 388
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri