Yağlı və kəpəkli saçlar üçün şampun məsləhətləri

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1546
Paylaş:
Səs ver:
(səs: 2)
Bir çoxumuzun problemlərindən olan yağlı və kəpəkli saçlar qısa müddətdə özümüzü narahat edə biləcək səviyyəyə gələrək can sıxıcı bir hal almağa başlayır. Tez-tez duş qəbul etməklə və əlavə vasitələrlə nəticə əldə etməyə bilərsiniz. Bu yazımızda sizlərlə yağlı və kəpəkli saçlar üçün təsirli şampun məsləhətlərimizi bölüşəcəyik.
 
- Sağlam saçlar üçün ideal olan, saç dərisi və saça qulluq üçün tövsiyə edilən 5.5 pH dəyərinə sahib şampun seçin.
- Saçların asan daranmasına kömək edən və kəpək yaranmasının səbəblərini aradan qaldıracaq vasitələr seçin.
- Yağlı və kəpəkli saçlara sahibsinizsə, tez yağlanma və sürətli kəpəklənmə problemini azaldacaq saça qulluq vasitələrini almağa diqqət edin.
- Saçlarınızı yuyarkən şampunu ovuc içərisinə bir miqdar tökün və 3 dəqiqə boyunca barmaq uclarınız ilə saçlarınızın dibinə və saç dərisinə masaj edərək tətbiq edin. Daha sonra ilıq su ilə yuyub dəsmal ilə qurulayın.
 
Məcbur qalmadıqca saçınızı fenlə qurutmamağa çalışın.
Bundan əlavə yağlı saçlar üçün maskadan da istifadə edə bilərsiniz. Bəzilərimizin saçları genetik olaraq digərlərindən daha yağlı ola bilər. Bunun təməl səbəbi yağ vəzilərinin daha çox işləməsidir. Ancaq saçların yağlanmasının tək səbəbi çox işləyən yağ vəziləri də deyil. Gün boyu məruz qaldığımız hava kirliliyi, toz, duman və digər ətraf faktorlar saçlarımızın normadan daha qısa müddətdə yağlanmasına səbəb ola bilər. Saçlarınız tez yağlanırsa və bu səbəblə forma verməkdə çətinlik çəkirsinizsə, evdə asanlıqla hazırlaya biləcəyiniz təbii saç maskalarından istifadə edərək yağı azalda bilərsiniz. Saçınızı daha yumşaq edə bilər və sağlam parlaqlıq əldə edə bilərsiniz.
Saçınızda maska istifadə etməzdən öncə saçınızı və saç dərinizi buna hazırlayın. Maskanı tətbiq etməzdən qabaq saçınızı yaxşıca təmizləmək istifadə edəcəyiniz maskanın təsirini artıracaqdır.
 
Qatıq və yumurta maskası üçün ehtiyacınız olan ərzaqlar:
- 50 qram yağsız qatıq
- 1 yumurta
 
İstifadəsi:
Yumurta və qatığı bir-birinə yaxşıca qarışdırdıqdan sonra saçınıza çəkin və 30 dəqiqə saxlayın. Maskanı təmizləmək üçün ilıq su və şampundan istifadə edin. Bu maskanı saçınızı şampunlamadan öncə həftədə 2 dəfə istifadə edə bilərsiniz.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1546
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv