Qoca ağac/Şiringül Musayeva

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 20 124
Səs ver:
(səs: 4)
Düşündürücü hekayələr 27 aprel 2016, 00:55 Ayların , illərin , bəlkə də əsrlərin kandarında durmusan ,qoca ağac ...Bilmək olmur illər səndən o yanda qalıb, yoxsa bu yanda.Kötüklərin çalın- çarpaz ilmələr kimidir ,torpağın sinəsinə naxış vurmusan elə bil. Qəribədir , ağac nəyə bənzəyərmiş;- səni uzun-uzun illər yaşayıb saç- saqqal ağartmış qoca bir loğmana bənzədirəm ;səni qırçın –qırçın tumanının ətəkləri yerlə sürünən,beli azca bükülmüş nənəmə bənzədirəm; səni neçə- neçə sınaqlara sinə gərmiş, döyüşdən- vuruşdan qalib çıxmış qos-qoca bir pəhləvana bənzədirəm. Səni özü üçün bir dünya qurmuş, dünyanın işləklərin seyr etdikcə qəribləşmiş, tənhalaşmış, öz sirli və tənha dünyasına çəkilmiş qoca bir şairə bənzədirəm.
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 20 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri