Sarışınların bəxti gətirdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 859
Səs ver:
(səs: 1)
İndiyə qədər bir çox mövzuda tənqidə məruz qalan sarışınların saç mövzusunda şanslı olduqları bəlli olub.
 
Belə ki, türkiyəli trixoloq Tələt Sam açıqlamasında bildirib ki, anadangəlmə sarışın olanların saç telinin sayı kürən və ya tünd rəngli saçı olanlara nisbətən daha çoxdur. Saç tökülməsinə qarşı istehsal etdiyi şampunlarla məşhurlaşan trixoloq Tələt Sam qadın və kişilərin ortaq problemi olan saç tökülməsi barədə ətraflı məlumat verib.
 
Onun sözlərinə görə, saçın təbii rəngi telin miqdarına təsir edir. Trixoloq bildirib ki, sarışınların saç teli digərləri ilə müqayisədə daha gurdur:
 
"Anadangəlmə sarışın olanların saç telinin sayı 140 mindən çoxdur. Kürən saçlılarda təxminən 90 min, əsmərlərdə 110 min, qaradərililərdə isə 120 min saç teli olduğu deyilir. Bu amil də onların saç tökülməsindən daha az narahatlıq keçirməsinə səbəb olur.
 
Hava dəyişikliyi və çirklənməsi də saçlardakı dəri piyinin tarazlığını pozur. Bu kimi amillər saçların köklərdən ayrılaraq tökülməsinə yol açır. Xüsusilə, qışda, soyuq hava şəraitində saçların daha çox baxıma ehtiyacı olur. Səhər yuxudan durarkən yastıqda tökülmüş saç telləri görürsünüzsə, onun sayına fikir verin ”.
 
Saç mütəxəssisi saç tökülməsi problemini dayandırmaq üçün kimyəvi məhsullardan uzaq durmağı və bitki tərkibli məhsullardan istifadə etməyi tövsiyə edib.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri